Bakıda məktəbdə başı zorla qırxılan şagird danışdı (VİDEO)
28-10-2013, 09:10
Oxunub: 5 003
Bakının Sabunçu rayonundakı 170 saylı orta məktəbin direktor müavini Ofeliya Mehdiyevanın 6-cı sinif şagirdləri İsmayıl Əsgəzadə və Famil adlı şagirdlərin saçını məcburi şəkildə qırxması barədə xəbər vermişdik. Musavat.com-un əməkdaşı həmin şagirdin evində olub, onun özü və valideyni ilə görüşüb.
Qeyd edək ki, direktor müavini Ofeliya Mehdiyeva uşaqların saçlarını kəsdiyini təsdiqləyib: “Uşaqların saçı arxadan yaxşı vurulub. Ancaq qabaqdan baxsanız elə bilərsiniz ki, qız uşaqlarıdır. Çolkaları uzun idi, jele vurub dərsə gəlirdilər. Baxanda elə görünürdü ki, elə bil səhnəyə çıxan uşaqların saç düzümüdür. Dəfələrlə saçlarını normal formada kəsdirmələri haqda xəbərdarlıq etmişəm. Ancaq xəbərdarlığıma məhəl qoyulmayıb. Əgər bu uşaq 6-cı sinifdə oxuyarkən bu formada dərsə gəlirsə, 11-ci sinifdə oxuyanda necə olacaq?! Mən də uşaqları otağıma çağırıb başlarını tumarlaya-tumarlaya dedim ki, indi mən sizin saçınızı özüm səliqə ilə vuracam, necə ki, öz oğlumun saçını vururam. Mən onların saçını keçəl etməmişəm, sadəcə olaraq, çolkalarını düzəltmişəm. Uşaqları gəlib görə bilərsiniz. Eybəcər bir forma deyil. Onların saçını səliqə ilə düzəltmişəm. Burada şişirdiləsi bir şey yoxdur”.
musavat.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər