BolgeXeber.Com » Analitika » Bakıda özəl universitetlərdə qəbul biznesi

Bakıda özəl universitetlərdə qəbul biznesi

28-10-2013, 13:30
Oxunub: 3 738 Bakı Asiya Universitetində 10 000, Bakı Biznes Universitetində isə 15 min manatdır
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məkəbələrə qəbul prosesi davam edir. Artıq 1-ci ixtisas qrupları üzrə imtahanlar başa çatıb və keçid balı 250-dən 150-yə endirilib. JAM.AZ xəbər verir ki, qəbul imtahanı ilə bağlı ən çox bayram edən özəl universitetlərdir.Belə ki, onlar indidən nə qədər uşağı hansı qiymətə qəbul edəcəklərini müəyyənləşdirərək, oturub vaxtlarını gözləyirlər. Sadəcə, vəziyyət ötən ilə nisbətdə dəyişib ki, bu da yeni nazirin gəlişi ilə bağlıdır. Daha doğrusu, yeni nazirin stavkaları qaldırmasından sonra qəbul üçün nəzərdə tutulan məbləğin də həcmi artıb.
Hal hazırda bir neçə özəl universitetdə şıdırğı qəbul biznesi həyata keçirilir. Onlardan birincisi Bakı Asiya Universitetidir. Cəlil Nağıyevin rəhbəri olduğu bu təhsil ocağında oxumaq istəyən tələbənin valideyni ən azı 10 min manatından keçməlidir. Əgər onun arzuladığı fakültə daha pristijlidirsə, bu rəqəm 20 minə qədər arta bilər.
Bakı Biznes Universitetində isə vəziyyət bir qədər də acınacaqlıdır. İbad Abbasovun rektoru olduğu təhsil müəssisəsində durumu ağırlaşdıran əsas səbəb odur ki, burada eyni vaxtda həm diplom, həm də qəbul alveri gedir. Belə ki, rektorun tapşırığı ilə diplomunu almaq istəyən tələbə 4500 manatından keçməlidir. BBU-da oxumaq istəyən isə ən azından 10-15 min manatından keçmək məcburiyyətindədir.
P.S. Məsələ ilə bağlı araşdırmalarımız davam edir. Digər təhsil müəssisələrində də vəziyyətin nə yerdə olduğu barədə məlumat verməyə çalışacağıq. Yazıda adları çəkilən universitetlərin də mövqeyini dərc etməyə hazırıq.Bolgexeber.com