Gültəkin Hacıbəylinin keçmiş əri barədə ilginc sənəd
28-10-2013, 13:40
Oxunub: 5 360
Zakir Qaralov Mahmud Mehdiyevi prokurorluq orqanlarından niyə qovub?
Sabiq millət vəkili, Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının sədri Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyevlə bağlı redaksiyamıza ilginc sənəd daxil olub. Bu sənəd Mahmud Mehdiyevin işdən çıxarılması barədədir.
Xatırladaq ki, Gültəkin Hacıbəyli hakimiyyətə yönəlik tənqidi çıxışlarından sonra iqtidarın hədəfinə gəlib. Hakimiyyət sabiq deputata təzyiq etmək üçün onun keçmiş həyat yoldaşını önə verib. Mahmud Mehdiyev əvvəlcə Gültəkin Hacıbəyliyə qarşı övlad, daha sonra isə mülk davası açıb. Mahmud Mehdiyev bu məsələlər barədə mətbuata açıqlamasında onu da iddia edib ki, guya Gültəkin Hacıbəyli ilə ayrınlandan sonra sabiq deputat onu işdən çıxartdırıb. Mahmud Mehdiyevin iddialarına görə, Gültəkin Hacıbəyli deputatlıq statusundan və hakimiyyətlə yaxınlığından istifadə edərək bu addımı atıb. Məlumat üçün deyək ki, Mahmud Mehdiyev Ağdaş rayon prokurorluğunda böyük müstəntiq vəzifəsində işləyib.
“Azadlıq”a daxil olan sənəd isə Mahmud Mehdiyevin iddialarını alt-üst edir. Bu sənəd Baş prokuror Zakir Qaralovun Mahmud Mehdiyev barəsində “Intizam məsuliyyətinə cəlb etmə barədə” əmrdir. Sənəddə yazılır ki, aparılmış yoxlamalar nəticəsində Mahmud Mehdiyevin prokurorluq işçisinə yaraşmayan hərəkətə yol verməklə hərbi xidmətdən faktiki olaraq yayındığı müəyyən edilib.
“Uzun müddət ərzində hərbi xidmətə müvəqqəti yararsız hesab olunan və 25 may 2000-ci il tarixdə hərbi xidmətə çağırışın son həddi hesab edilən 27 yaşı tamam olan Mahmud Mehdiyev Nərimanov rayon çağırış komissiyasının 12.07.2000-ci il tarixli qərarı ilə hərbi xidmətə tam yararlı hesab edilmiş və ”Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Qanunun 21-ci maddəsinin “q” bəndinə əsasən hərbi vəzifəlilərin uçotuna verilmişdir.
Göründüyü kimi, Mahmud Mehdiyev hərbi xidmətə çağırışın həmin dövr üçün son yaş həddi olan 27 yaşa qədər hərbi xidmətə yararsız hesab olunmaqla, faktiki olaraq hərbi xidmətə yararlı hesab edilməklə hərbi vəzifəlilərin uçotuna verilmişdir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanuna 25 dekabr 2001-ci il tarixdə edilən dəyişikliklərə müvafiq olaraq hərbi xidmətə çağırışın son həddinin 35 yaş müəyyən edilməsinə baxmayaraq Mahmud Mehdiyev həmin yaş həddinə çatdığı 2008-ci ilə qədər hərbi xidmət keçmək üçün heç bir təşəbbüs göstərməməklə, vətəndaşlıq borcunu yerinə yetirməmişdir".
Sonda Zakir Qaralov Mahmud Mehdiyevin “prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verdiyinə görə” prokurorluq orqanlarından xaric edilməsini əmr edir.
Bu əmr 2010-cu il iyunun 18-də verilib. Həmin vaxt Gültəkin Hacıbəyli deputat olsa da, artıq “vurulmuş” kadr sayılırdı. Ona 2010-cu il parlament seçkilərində yer verilməyəcəyi artıq bəlli idi. Bu halda Gültəkin Hacıbəylinin prokurorluğa təsir göstərərək yoldaşını işdən çıxartdırması inandırıcı görünmür.
Beləliklə, hakimiyyətin sifarişi ilə keçmiş həyat yoldaşına qarşı savaş açan Mahmud Mehdiyevin növbəti yalanı üzə çıxdı.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər