BolgeXeber.Com » Analitika » Arzu Rəhimov və onun işçiləri ilə bağlı yeni şok faktlar

Arzu Rəhimov və onun işçiləri ilə bağlı yeni şok faktlar

31-10-2013, 12:35
Oxunub: 5 909 Kasıb ailələrin generalın əməkdaşları ilə «razılığa» gəlməməsi hansı fəsadlar törədir?


Hərbi çağırış sistemi Müdafiə Nazirliyinin səlahiyyətindən alınıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (SHXÇDX) veriləndə çoxları SHXÇDX-nin və onun rəhbəri, çiyinlərində general paqonları daşıyan Arzu Rəhimovun bu sahədəki özbaşınalıqlara, qanunsuzluqlara son qoyacağına ümid edirdi. Amma bunun əksi baş verdi. Xatırladaq ki, Arzu Rəhimov Azərbaycan Respublikası Prezidentinin 13 fevral 20-12-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin olunub. Dövlət başçısının 1 mart 2012-ci il tarixli sərəncamı ilə ona general-leytenant hərbi rütbəsi verildi.

Bu, kifayət qədər yüksək etimad idi. Lakin yeni hərbi çağırış sistemi yaradılsa da, Arzu Rəhimov bu quruma rəhbər gətirilsə də qanunsuzluqlar əvvəlki miqyasda qaldı. General-leytenant ona edilən etimadı tam doğrultmur. Bununla bağlı ilk öncə qeyd edək ki, «Gündəlik Bakı»nın bir neçə gün əvvəl açıqladığı faktlar bütün ölkədə, o cümlədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində şok effekti yaradıb. Qəzetimizə sızan informasiyalarda bildirilir ki, Arzu Rəhimov açıqladığımız faktlardan qorxuya düşüb. Bütün bunlar bir yana, məlum olur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ayrı-ayrı rayon şöbələri son çağırış mövsümündə onlarla vərəm xəstəsini orduya cəlb edib ki, artıq bunun yaratdığı ajiotaj xidmət rəisinin, general-leytenant Arzu Rəhimovun işini çətinləşdirib. Artıq məsələ yuxarı dairələrdə belə müzakirə olunub və hətta general-leytenantın istefaya göndərilməsi belə gündəmə gətirilib. Hər halda, ruhi və fiziki sağlamlığı yerində olmayanları, hətta vərəm xəstələrini belə, orduya cəlb etməklə sonradan «Gündəlik Bakı» üçün «bir ayın əsgəri intihar etdi» xəbərlərinin hazırlanmasında səbəb rolunu oynayan Arzu Rəhimovun kadrlarına görə kimsə cavab verməlidir.

Artıq generalın ilk istefa versiyaları da səsləndirilir. Və bunun davamı da olacaq. Çünki yuxarı dairələrin də xidmət rəisinin fəaliyyətindən razı qalmadığı məlumdur. Keçək faktlara: 09.07.2013-cü il tarixə olan məlumat - «N» saylı hərbi hissədə 03.07.2013-cü il tarixdə flüoqrafik müayinə zamanı gənc əsgərlər arasında aşkar olunmuş vərəmli xəstə Bərdə rayonundan hərbi xidmətə çağırılan Əzizov Nəcməddin Cəfəddin oğlu olub. Ona sağ ağciyərin yuxarı payının ocaqlı vərəmi diaqnozu qoyulub. Digər hərbi hissədə hissədə 03.07.2013-cü il tarixdə flüoqrafik müayinə zamanı gənc əsgərlər arasında aşkar olunmuş vərəmli xəstə Tağıyev Ceyhun Çingiz oğludur. Sağ ağciyərin yuxarı payının ocaqlı vərəmi diaqnozu qoyulan bu gənc isə Nəsimi rayonundan hərbi xidmətə çağırılıb. Başqa hərbi hissədə hissədə 03.07.2013-cü il tarixdə flüoqrafik müayinə zamanı gənc əsgərlər arasında aşkar olunmuş vərəmli xəstə Məmmədov Tural Habil oğluna sol ağciyərin aşağı payının ocaqlı diaqnozu qoyulub. Xəstə gənc Qobustan rayonundan hərbi xidmətə çağırılıb. Elə həmin gün başqa hərbi hissədə hissədə flüoqrafik müayinə zamanı gənc əsgərlər arasında aşkar olunmuş digər vərəmli xəstə isə Cəbrayıl rayonundan xidmətə çağırılan Bədirov Vüsal Qabil oğludur. Ona sağ ağciyərin yuxarı payının ocaqlı vərəmi diaqnozu qoyulub. Bərdə rayonundan hərbi xidmətə çağırılan Rasim Mikayılovda da sağ ağciyərin yuxarı payında naməlum aktivlik vərəm ocaqları müəyyən edilib. Ucar rayonundan olan, xidmətə başladığı hərbi hissədə hissədə 03.07.2013-cü il tarixdə flüoqrafik müayinə zamanı gənc əsgərlər arasında aşkar olunmuş vərəmli xəstə Qəmbərov Orxan Məhərrəm oğlunda aşkar edilmiş sağ ağciyərin yuxarı payında naməlum aktivlikli vərəm ocaqları bu gəncin də general-leytenant Arzu Rəhimovun işçiləri tərəfindən hərbi xidmətə çağırıldığını deməyə əsas verir.

Bu siyahıya digər hərbi hissələrdə flüoqrafik müayinə zamanı gənc əsgərlər arasında aşkar olunmuş vərəmli xəstələri də daxil etmək olar: - Eminov Ceyhun Emin oğlu, Şamaxı rayonundan hərbi xidmətə çağırılıb - diaqnozu sağ ağciyərin yuxarı payında ocaqlı proses, vərəmə şübhədir. Quliyev Rədxan Mirzə oğluna (Mingəçevir şəhəri) sağ ağciyərin aşağı payının plevra bitişməsi, plevritə şübhə diaqnozu qoyulub. Zeynalov Ceyhun Malik oğluna (Kəpəz rayonu) sağ ağciyərin aşağı payının infiltrativ vərəmi diaqnozu qoyulub.

Arzu Rəhimovun orduya çağırdığı xəstə əsgərlərin siyahısında kifayət qədər gəncin adı var. Özü də vərəm diaqnozlarının qoyulduğu çağırışçılar. Belə ki, «N» saylı hərbi hissədə 04.07.2013-cü ildə flüoqrafik müayinə zamanı gənc əsgərlər arasında aşkar olunmuş vərəmli xəstələr bunlardır: - Ağazadə Çingiz Ələsgər oğlu, Masallı rayonu, diaqnoz - sol ağciyərin yuxarı payının vərəmi, naməlum aktivliklə. Digər hərbi hissədə 04.07.2013-cü ildə flüoqrafik müayinə zamanı gənc əsgərlər arasında aşkar olunmuş vərəmli xəstə İsgəndərov Nofər Nəzər oğlu, Göygöl rayonu, diaqnoz - sol diafraqmal sinusda plevra bitişməsi. Başqa hərbi hissədə 04.07.2013-cü ildə flüoqrafik müayinə zamanı gənc əsgərlər arasında aşkar olunmuş vərəmli xəstə Məmmədov Bayram Yaşar oğlu, Qazax rayonu, diaqnoz sol ağciyərin yuxarı payının ocaqlı vərəmidir. «N» saylı hərbi hissədə 04.07.2013-cü ildə flüoqrafik müayinə zamanı gənc əsgərlər arasında aşkar edilmiş vərəmli xəstə Orucov Seymur Ramiz oğludur. Daşkəsən rayonundan hərbi xidmətə çağırılan bu gəncə kobud plevral bitişmələr diaqnozu qoyulub. Başqa bir hərbi hissədə 04.07.2013-cü ildə flüoqrafik müayinə zamanı gənc əsgərlər arasında aşkar olunmuş vərəmli xəstə Məmmədov Kərim Eldəniz oğludur. O, Balakən rayonundan hərbi xidmətə çağırılıb. Əgər Məmmədov Kərim Eldəniz oğluna da kobud plevral bitişmələr diaqnozu qoyulub. Qeyd edək ki, bütün bunlar siyahının bir hissəsidir.

Göründüyü kimi, Arzu Rəhimovun xidmətə göndərdiyi əsgərlərin bir qismi ilə bağlı hərbi hissələr flüoqrafik müayinələr aparılarkən onların bəzilərinin vərəmli xəstə olması üzə çıxır. Bütün bunlar onu göstərir ki, bu gənclər, onların valideynləri Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin işçilərini «gəlib vaxtında görmədiklərindən» həmin gənclər yararsız halda olsalar belə, yararsız halda, zorla hərbi xidmətə göndərilirlər.

Digər hərbi hissələrdə 04.07.2013-cü ildə flüoqrafik müayinə zamanı gənc əsgərlər arasında aşkar olunmuş vərəmli xəstə Əliyev Sirad Bayraməli oğludur. Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayonu şöbəsi tərəfindən hərbi xidmətə çağırılan Əliyev Sirad Bayraməli oğluna plevral bitişmələr diaqnozu qoyulub.

«N» saylı digər hərbi hissədə 04.07.2013-cü ildə flüoqrafik müayinə zamanı gənc əsgərlər arasında aşkar olunmuş vərəmli xəstə Muradov Əfqan Nazim oğluna ocaqlı vərəm, birkimə mərhələsində diaqnozu qoyulub. Muradov Əfqan Nazim oğlu Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayonu şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb. Adını çəkmək istəmədiyimiz başqa hərbi hissədə 04.07.2013-cü ildə flüoqrafik müayinə zamanı gənc əsgərlər arasında aşkar olunmuş vərəmli xəstə Atakişiyev Əgər Asif oğlunda sağ ağciyərin yuxarı payının ocaqlı vərəmi aşkarlanıb. Atakişiyev Əgər Asif oğlu Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayonu şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb.

Bütün bunlar onu göstərir ki, 13 fevral 2012-ci il tarixində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilən Arzu Rəhimovun rəhbərlik etdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ayrı-ayrı rayon şöbələri xəstə gəncləri ordu sıralarına çağıraraq, onların hərbi xidmət vaxtı dünyalarını dəyişmələrinə şərait yaradır. Bunu ayrı-ayrı hərbi hissələrdə 04.07.2013-cü ildə flüoqrafik müayinə zamanı gənc əsgərlər arasında aşkar olunmuş vərəmli xəstələrin adları, onlara qoyulan vərəm diaqnozları sübut edir. Məsələn, 04.07.2013-cü ildə flüoqrafik müayinə zamanı gənc əsgərlər arasında aşkar olunmuş vərəmli xəstə İsayev Bəhruz Səbuhi oğluna sol ağciyərin aşağı payının ocaqlı vərəmi diaqnozu qoyulub. İsayev Bəhruz Səbuhi oğlu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin xidmətə çağırdığı yararsız gəncdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsi tərəfindən xidmətə çağırılan İdrisov İlham Yusif oğluna xidmət etdiyi hərbi hissədə 05.07.2013-cü il tarixdə flüoqrafik müayinə zamanı sol ağciyərin aşağı payının ocaqlı vərəmi diaqnozu qoyulub.

Digər hərbi hissədə 05.07.2013-cü ildə flüoqrafik müayinə zamanı gənc əsgərlər arasında aşkar olunmuş vərəmli xəstə Yusifov Şahvələd Mərdan oğluna sağ ağciyərin yuxarı payının ocaqlı vərəmi diaqnozu qoyulub. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsi tərəfindən xidmətə çağırılıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsi tərəfindən əsgərliyə çağırılan Tağıyev Elgün Vüqar oğlu da xəstə əsgərdir. «N» saylı hərbi hissədə 05.07.2013-cü ildə flüoqrafik müayinə zamanı gənc əsgərlər arasında aşkar olunmuş vərəmli xəstələr siyahısına salınan Tağıyev Elgün Vüqar oğluna sol plevranın qalınlaşması diaqnozu qoyulub.

Sual ortaya çıxır: - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər şöbəsindən Qasımzadə Natiq Qabil oğlunu hansı əsaslı xidmətə çağırıblar? Axı bu gənc xidmət etdiyi hərbi hissədə 05.07.2013-cü ildə flüoqrafik müayinə zamanı gənc əsgərlər arasında aşkar olunmuş vərəmli xəstələrdən biridir. Onda sağ ağciyərin yuxarı payının ocaqlı vərəmi, naməlum aktivləşmə müşahidə edilir.

«N» saylı hərbi hissədə 2013-cü ilin 5 iyulunda aparılmış flüoqrafik müayinə zamanı gənc əsgərlər arasında aşkar olunmuş vərəmli xəstə Əsədov Nicat Bayram oğlunda sağ ağciyərin perisissulitinin aşkarlanması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin yol verdiyi qanunsuzluğun göstəricisidir. Biz hələ Əliyev Şamil Yadigar oğlunu demirik. Eksudativ plevrit diaqnozlu bu gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsi tərəfindən xidmətə çağırılıb. Görünür, «N» saylı hərbi hissədə 2013-cü ilin 5 iyulunda aparılmış flüoqrafik müayinə zamanı gənc əsgərlər arasında aşkar olunmuş vərəmli xəstənin valideynləri Arzu Rəhimovun əməkdaşları ilə «razılaşa» bilməyiblər. Şəxsi heyətin siyahısına düşən Qurbanov Cəlal Akif oğluna xidmət etdiyi hərbi hissədə bu ilin iyulunda aparılmış müayinə zamanı keçirilmiş vərəmdən sonrakı qalıq əlamətləri diaqnozunun qoyulması Arzu Rəhimovun bəzi əməkdaşlarının qanunsuzluqlarının sərhəd tanımadığını göstərir. Arzu Rəhimov bilsin ki, onun rəhbərlik etdiyi Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin yol verdiyi qanunsuzluq artıq «Gündəlik Bakı»ya məlumdur. SHXÇDX-nin Tovuz rayon şöbəsi tərəfindən xidmətə xəstə əgərlərin çağırılmasına dair faktlarımız kifayət qədərdir.

Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ayrı-ayrı rayon şöbələrinin hərbi xidmətə çağırdıqları xəstə əsgərlərin, kasıb ailələrdən olan gənclərin siyahısının bir qismini «Gündəlik Bakı»nın növbəti sayında dərc edəcəyik. Məhz ona biləcəksiniz ki, Arzu Rəhimovun işçiləri hansı qanunsuzluqlar törədir və general-leytenant öz əməkdaşlarını cəzalandırmamaqla işçilərinin qanunazidd əməllərinə necə göz yumur.

Məhz ona biləcəksiniz ki, SHÇDX-nin Zərdab, Tovuz, Ağstafa, Ağdaş, Xaçmaz, Sumqayıt, Ucar, Lerik, Bərdə, Kəlbəcər, Kəpəz, Ağdam, habelə Bakının Sabunçu və digər rayon şöbələri xəstə çağırışçıları orduya cəlb etməklə hansı qanunsuzluqlara yol açır, bununla da orduda əsgər ölümlərinin, qeyri-döyüş itkilərinin sayının artmasına rəvac verirlər. İndii bildinizmi cəbhə xəttindəki hərbi hissələrdə, eləcə də digər hərbi hissələrdə qalaqlanan əsgər tabutlarının səbəbkarları kimlərdir?

P.S. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qanunsuzluqlar davam etdikcə, yazının ardı mütləq olacaq. Bizi izləyin.