BolgeXeber.Com » Analitika » Tarixi zərurət və atılan düzgün addım

Tarixi zərurət və atılan düzgün addım

21-11-2023, 15:35
Oxunub: 7 912
Ölkəmiz 1991-cı ildə yenidən müstəqillik qazansa da onun başı üzərindən qara buludar çəkilməmişdi. Bir tərəfdən o vaxtkı hakimiyyətin yarıtmaz idarəçiliyi, digər tərəfdən Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti, həmçinin özbaşınalıq, vəzifə uğrunda mübarizə, vətəndaş müharibəsi Azərbaycanı çıxılmaz duruma salmışdı. Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan xalqının məsuliyyətli addımı və doğru qərar qəbul etməsi tarixi bir zərurət idi. Məhz bu zaman Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə bütün xalqın arzu və istəklərinin ifadəsi olaraq, ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Beləliklə, "91-lər"in müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə təsis konfransı keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yaradıldı.
Partiya sədri Heydər Əliyev 4 iyun Gəncə qiyamından sonra Bakıya dəvət olunduğu üçün 9 iyun 1993-cü il tarixində Naxçıvandan Bakıya gəldi. O, 15 iyun 1993-cü il tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 3 oktyabr 1993-cü il prezident seçkilərində Heydər Əliyev xalqın 98.80 % səsi ilə prezident seçildi. Bununlada ölkəmizdə YAP-ın iqtidar partiya kimi fəaliyyəti başladı. Ulu öndər Heydər Əliyev ilk olaraq ölkəmizdə sabitliyin bərqərar olması o cümlədən Ermənistanla atəşkəsin əldə edilməsi prosesini həll etdi və daha sonra iqtisadiyyatın dirçəldilməsi üçün “Əsrin müqaviləsi”nin bağlanılması kimi tarixi addımlar atdı. Beləliklə , Azərbaycan Yeni Azərbaycan Partiyası ilə yeni uğurlara doğru addımlamağa başladı. Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. O, YAP-ı özünün dediyi kimi, “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.
Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında Partiyanın yeni sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin seçilməsi Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqliyin nümunəsi idi.
Bütün bu illər ərzində Prezident İlham Əliyevin ölkəmizin milli maraqları və hərtərəfli inkişafı üçün gördüyü işlər göz önündədir. Ölkəmizin 30 ilə yaxın Ermənistanın işğlaçılıq siyasətinə məruz qalması ən böyük problem idi. 2020-ci il sentyabr ayının 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi növbəti təxribata əks hücumla başlanan Vətən müharibəsi bütövlükdə regionun geosiyasi vəziyyətini dəyişdi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Ölkəmiz müstəqil və dünyəvi bir dövlət kimi regionda terrorçuluq və işğalıçığa son qoyaraq sülh təminatçısı olduğunu bir daha dünyaya nümayiş etdirdi. Bu tarixi Qələbəyə gedən yolun əsası məhs Yeni Azərbaycan Partiyasının yaradılmasından başladı. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş oldu. YAP-ın sədri ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bu illər ərzində müstəqil xarici siyasət yürütməyi, ordu quruculuğu, güclü iqtisadiyyat qurmağı bacardı və nəticə etibarı ilə bütün bunlar öz bəhrəsini verdi. Ökəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi, güclü iqtisadiyyatın qurulması, beynəlxalq aləmdə etibarlı tərəfdaş və nüfuz sahibinə çevrilməsi Yeni Azərbaycan Partiyası sədrləri ulu öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin əvəzsiz və gərgin fəaliyyətinin nəticəsidir.
Artıq bu il Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 31 ili tamam olur. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Bu gün Cənubi Qafqazın ən böyük və nüfuzlu siyasi partiyası səviyyəsinə qədər inkişaf etmiş Yeni Azərbaycan Partiyasının hazırda 720, 830 üzvü var. Bu gün ölkəmizdə xalq-iqtidar birliyi hökm sürür.
Güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün YAP hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurur. Beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda tərəfdaş qazandırıb.
Müstəqil Azərbaycan dövləti özünün ən güclü və çiçəklənin dövrünü yaşayır. Xalqımız YAP-ın sədri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin gələcəyinə yüksək inam bəsləyir.


Səbinə Yusifova – Bərdə şəhər Tofiq İsmayılov adına 1 nömrəli tam orta məktəbin direktoru