BolgeXeber.Com » Analitika » 71 yaşlı düdük…(Köşə)

71 yaşlı düdük…(Köşə)

23-11-2013, 16:05
Oxunub: 5 108 Ola bilsin oxucuların çoxu köşənin adı ilə razılaşmasın. Hətta irad bildirənlər də olsun ki, böyük-kiçik yerini unutmaq olmaz…Ancaq bu elə deyil…

Bu gün haqqında söz açdığım bu şəxsin istəyir 71, ya da 171 yaşlı olsun…Onun əməlləri məni ona bu adı verməyə məcbur edir. Elə bilirsiniz ki, elə yaşın 70-i ötübsə sən daha ağsaqqalsan və nə istəsən onu edə bilərsən..? Xeyir, sənin yaşın 171 də ola bilər, ancaq saqqalın ağlığı hələ ağsaqqallıq demək deyil. Sən sadəcə qocalmısan və sənin 71 yaşın var. Bu qocalmağının səbəbini də mən indi oxucularımla paylaşacam.

Səni öz köşəmdə düdük adlandırdım ona görə ki, sən cəmiyyətə dildə dost dediyin şəxsləri dost kimi təqdim edirsən və sonra da onların ailəsini daldada müzakirə edirsən…

Başlayırsan dostlarının həyat yoldaşlarının və yaxud da qızlarının gözəl olmağından başqalarına danışmağa, cəmiyyətə onları pis formada təqdim etməyə…Bununla da səni dinləyənlərin gözündə “dahi” olmaq istəyirsən…Yox, sən dahi deyilsən, sənin bu hərəkətlərinin yalnız bir adı var- sən 71 yaşlı düdüksən. Özgəsinin ailəsindən danışınca bax gör, ay düdük, sənin öz ailən nə vəziyyətdədir. Elə övladın var ki, az qala səninlə həmyaşıddır, ancaq hələ də ailə, evlilik üzü görməyib. Elə övladın da var ki, virtual həyat quraraq tanımadığı şəxslərdən virtual uşaqlar dünyaya gətirib. Budurmu, sənin ailən, ay düdük..?

Sən dildə dost dediyin şəxslərin ailəsinin dalınca orda-burda danışınca öz ailəni göz önünə gətir…Düz deyiblər, öz ailəsinin qədrini bilən kəs heç vaxt özgəsinin ailəsini müzakirəyə çıxartmaz. Budurmu, sənin salamat ailən, ay düdük.

Başqasının ailəsini müzakirə edincə, gör ermənidən olan nəvən haralarda “bomj”luq edir. Sənin övladın virtual həyatda ailə quranda və erməni nəvən dünyaya gələndə, bilki bu sən düdüyün əməlləridir çıxır qabağına. İndi də bu qoca vaxtında oturub fikirləşirsən ki, hansı pis əməlimin nəticəsdidir ki, qoca vaxtımda qismətimə bomjluq edən erməni nəvə düşdü. Sən əgər dost dediyin adamın qızına qoca vaxtında aşiq olursansa, bəs bilmirsən ki, sənin qabağına da əsli-kökü bilinməyən erməni səfil nəvə çıxacaq..?

2003-cü ildə aşıq olduğun dostunun qızı Gülnarəyə narkotik alıb aparanda bəs atası ilə uzun illər kəsdiyin çörək gözünün qarşısına gəlmədi? Səni yolda saxlayıb narkotiki səndə aşkarlayıb götürüb və sonra sənin pulunu alıb rahat buraxan polisi qoyuram qırağa, bəs dostunla kəsdiyin çörək sənin gözünü tutmadımı? Sən rəssamsan, nəsən, bilmirəm…ancaq heç olmasa bircə dəfə keçəl, mumiya başından papağını çıxar qoy qabağına və düşün ki, mənim öz ailəm salamatdırmı, başqasının ailəsini müzakirəyə qoyuram…
Sənə görə özlərini oda atmağa hazır olan doslarının ailəsini müzakirəyə çıxarırsan…

Budurmu, onların sənə elədikləri yaxşılıqların əvəzi, ay düdük..?
Təzə-təzə səninlə tanış olanda fikirləşirdim ki, görəsən səni kimi gözəl insanın qapısına niyə bu vaxtacan elçi gələn olmayıb..?
Ancaq o vaxtlar səni yaxşı tanımırdım, ay düdük…
Sən demə o vaxtlar sənin sifətində nurani mələk maskası var idi, ay düdük. Ancaq mən də keçmiş əməliyyatçı olduğum üçün, gec də olsa sənin o sifətindəki maskanı cırdım və cəmiyyətə təqdim etdim ki, o maskanın altındakı 71 yaşlı düdüyü görsünlər…

Mahmud Rasimoğlu