BolgeXeber.Com » Analitika » Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub

Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub

6-05-2024, 16:01
Oxunub: 2 160
Ölkə Prezidenti cənab İlham Əliyev Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında vacib mesajlar verib

Bakıda keçirilən bu forum çox mühüm və nüfuzlu beynəlxalq platformadır. Forumda 110 ölkənin nümayəndəsi iştirak edib. Bu bir reallıqdır ki, “Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir. Azərbaycanın təşəbbüsü ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirir. Ölkəmizin başçısı forumda çıxışında dünyada yeni münaqişələrin, yeni qeyri-sabitlik məkanlarının və yeni təhdidlərin müşahidə edildiyini söyləyib. Cənab Prezident bəyan edib ki, məsələlərin həllində Azərbaycanın öz təcrübəsi var. Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Qeyd edək ki,ölkəmizin coğrafi mövqeyi Şərqlə Qərb arasında bu tendensiyaya imkan yaradıb: “Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub” – deyə cənab Prezident Forum iştirakçılarını məlumatlandırıb. Bu bir reallıqdır ki, Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir. 
     Ölkəmizin başçısı çıxışında Azərbaycanın müstəqilliyin ilk illərində çox böyük çətinliklər yaşadığını, dövlətimizi parçalamaq cəhdlərinin olduğunu da forumda diqqətə çatdırdı. Bildirdi ki, ölkəmizə qarşı işğal və separatçılıq cəhdləri olub. Amma bütün bunlara Azərbaycan xalqının həmrəyliyi, birliyi sayəsində son qoyuldu. Bu amil ölkəmizdə milli maraqların qorunmasının hər zaman ümdə olduğunu bir daha təsdiq edir. 
     Eyni zamanda ölkəmizdə mədəniyyətlərarası dialoq güclü şəkildə təşviq edilir. Bununla bağlı mütəmadı olaraq çoxsaylı tədbirlər təşkil olunur. Atılan bu addımlar dinlərarası dialoqla bağlıdır. Çünki dini nümayəndələrin rolu dünyada bütün xalqlar üçün vacibdir. Ölkə başçısının da qeyd etdiyi ki, Azərbaycan qəti şəkildə çoxtərəfliliyə sadiqdir. Ölkəmiz çoxtərəflilik dəyərlərini 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə qədər fəal şəkildə təşviq edib. Ağır pandemiya dövründə belə Azərbaycan özünün təşəbbüsləri, yardımları ilə gündəmdə idi. Eyni zamanda ölkəmiz fəal şəkildə peyvənd millətçiliyinə qarşı çıxış edirdi. Bu gün isə ölkəmiz yeni müstəmləkə tendensiyalarına qarşı mübarizə aparılmasını təşviq edir. 
     Azərbaycan bu gün özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkə kimi sülhü təşviq edir. Çünki Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Ermənistanın 30 illik işğalına son qoyuldu.  BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməsinə baxmayaraq işğala son qoyulmamışdı. Cənab Prezidentin vurğuladığı kimi, “biz sülhə müharibə yolu ilə nail olmalı idik və 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Ötən ilin sentyabr ayında biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik”.                      Bütün bunlara baxmayaraq Azərbaycan Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürən tərəfdir. Hazırda bu baza prinsipləri əsasında iki tərəf arasında danışıqlar davam edir. Ölkəmizin başçısı forumda həmçinin regionda sülh müstəvisində ciddi addımların atılmasının vacib olduğunu gündəmə gətirməklə yenidən Ermənistan üzərindən bəzi dövlətlərin oyunlar qurduğuna da diqqət çəkdi və Azərbaycanın güclü və qalib ölkə kimi yenidən Cənubi Qafqazda münaqişə yaratmaq istəyən qüvvələrin niyyətinin reallaşmasına imkan verməyəcəyini, ancaq sülh müstəvisində gedən prosesləri təşviq edəcəyini bildirildi.                                                                                                 

Xalidə Sadıqova,
Salyan şəhər 2 saylı uşaq bağçasının müdiri