BolgeXeber.Com » Analitika » Dövlət Fitosanitar Nəzarəti Xidməti xəstəlik yaradan meyvələri ölkəyə buraxır

Dövlət Fitosanitar Nəzarəti Xidməti xəstəlik yaradan meyvələri ölkəyə buraxır

10-12-2013, 13:10
Oxunub: 5 226 70 yaşlı Məmmədəli Dünyamalıyev xalqın sağlamlığı hesabına hesabına milyonlar qazanır

Bu meyvələr bir çox dövlətlər tərəfindən ölkələrinə gətirilməsi qadağan olunub

Bir müddət əvvəl Dövlət Fitosanitar Nəzarəti Xidməti ilə bağlı məlumat dərc etmişdik. Həmin yazıda bildirilirdi ki, adı çəkilən quruma dövlət tərəfindən ayrılan vəsaitlər mənimsənilir və xidmət rəisi Məmmədəli Dünyamalıyev bu maxinasialarda ən fəal iştirakçıdır. Qeyd etmişdik ki, həmin xidmətin rəisi keçmiş nazir İsmət Abbasova yaxınlığı ilə tanınır və xidmət rəisi baş verən maxinasiyaları məhz keçmiş şefinə arxalanaraq həyata keçirib.

Onu da bildirək Dövlət Fitosanitar Nəzarəti Xidmətinin işi ondan ibarətdir ki, Respubilka ərazisini karantin tətbiq edilən zərərli orqanizmlərdən qorumaq, onların mənbələrini vaxtında aşkar etmək, bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısını almaq, flora və faunanın pestisidlərin və digər zərərli maddələrin təsirindən qorumaq, eyni zamanda ölkə ərazisinə başqa dövlətlərdən fitosanitar nəzarətində olan zərərli orqanizmlərin daxil olmasının, yayılmasının qarşısını almaq və digər tədbirlərinin həyata keçirilməsini təmin etməkdən ibarətdir.

Dövlət Fitsonitar Nəzarəti Xidmətinin rəhbəri Məmmədəli Dünyamalıyevlə bağlı daxil olan məlumatda bildirilirdi ki, adı çəkilən xidmətə təkcə bu il, 1.1 milyon manata yaxın vəsait ayrılıb və xidmətin rəhbərliyi həmin vəsaiti cari təmir işləri, dərman pereparatları, kimyəvi maddələr və labaratoriyalara müxtəlif avadanlıqların satın alınması adı altında sənədləşdirərək mənimsəyib.

Pia.az-a Futosanitar Xidmətlə bağlı daxil olan yeni ilginc məlumata görə 70 yaşlı Məmmədəli Dünyamalıyevin başqa bir qazanc mənbəyi kömrük məntəqələrindən ölkəmizə gətirilən müxtəlif xarici meyvələrin satışına icazə verilməsidir. Belə ki, ölkəmizə müxtəlif ölkələrdən labaratoriya şəraitində əsl mənbəyi dəyişdirilərək başqa bir meyvə bitkisi, heyvan hüceyrəsi, yaxud kimyəvi maddələrlə hibritləşdirilmiş meyvələrin ixracı mövcuddur. Bu meyvələr bir çox dövlətlər tərəfindən ölkələrinə gətirilməsi qadağan olunub. Çünki həmin meyvələrin inkşaf etdirilməsində müxtəlif növ kimyəvi maddələrin, bəzi heyvanların hüceyrələrinin nümunələri var və həmin maddələr insan orqanizmində müxtəlif xəstəliklərin yaranmasına şərait yaradır.

Bu barədə məlumatlandıran mənbə bildirir ki, bazarlarda üstü etketli xarici meyvələrin əksəriyyəti məhz həmin kimyəvi meyvələr sortuna aiddir. İddiaya əsasən Məmmədəli Dünyamalıiyevin işi həmin meyvələrin ölkəmizə keçirilməsinin qarşısını almaq və ümumiyyətcə kömrükdən ölkəmizə gətirilən bütün meyvə tərəvəzlərin Futosanitar Xidmətin labaratoriyalarında analizdən keçməlidir. Lakini bəzi müxtəlif meyvələr ölkəmizə daha yüksək ranqlı şəxslər tərəfindən gətirilir və xidmət rəisi sadəcə müsbət rəy verməklə kifayətlənir.

O da bildirilir ki, son illər müxtəlif sahibkarlar da xarici ölkələrdən “gözəçarpan” meyvələrin biznesinə qoşulublar və Futosanitar Xidmətin rəisi “kiçik ranqlı” sahibkarların gətirdikləri etketli meyvələrdən öz “faizi” ni alır. Məlumata görə Məmmədəli Dünyamalıiyevin meyvə, tərəvəz sahiblrəindən aldığı fazi il ərzində bir neçə yüz min manatdan çox edir.

Onuda qeyd edək ki, təxminən 1 ay bundan öncə ölkəmizə Gürcüstan vasitəsi ilə Ermənistan kartofunun gətirildiyi və həmin tərəvəz məhsulunda xəstəlik aşkarlanmı ilə bağlı mətbuatda informasiya yayıldı. Gətirilən kartofun 400 tonu müsadirə edildi. Ancaq xəstəlikli kartofun daha ilk partiyasının nəzarətsiz bazarlarda satışa çıxarıldığı və vətəndaşlar tərəfindən alındığıda bildirilirdi.

Mənbə bildirir ki, bu məsələdə birbaşa günahkarlardan biri məhz Məmmədəli Dünyamalıyevin rəhbərlik etdiyi xidmətdir. Çünki Futosanitar Xidmət labaratoriyaları yuxarıda qeyd etdiyimiz kimi ölkəmizə daxil olan bütün meyvə, tərəvəz, müxtəlif bitkiləri analizdən keçirtməli və onların sağlam olub olmaması ilə bağlı rəy verməlidir. Amma qurumun bir neçə labaratoriyasından başqa bütün məntəqələrindəki avadanlıqların köhnədir. Çünki xidmət rəsi hər il yeni avadanlıqların alınması üçün ayrılan milyonlarla manat vəsaitləri sənədləşdirmədə yazaraq mənimsəyir.