BolgeXeber.Com » Analitika » Kənd təsərrüfatı nazirinin müavini də işdən azad olunacaq

Kənd təsərrüfatı nazirinin müavini də işdən azad olunacaq

12-12-2013, 14:30
Oxunub: 4 465 Kənd təsərrüfatı naziri Heydər Əsədov son bir ayda rəhbərlik etdiyi qurumda xeyli kadr islahatları həyata keçirib.

Cənab nazir ilk öncə öz müavinləri Aslan Aslanovu və Bəhram Əliyevi işdən azad etdi. Sonra kadr islahatları nazirliyin yanında olan Dövlət Baytarlıq Xidmətində ( DBX ) baş verdi. Belə ki, Heydər Əsədov DBX-nin rəis müavini Cavid Hadıyevi işdən kənarlaşdırdı. Daha doğrusu, Cavid Hadıyev hazırda məzuniyyətdədir. Razılaşmaya əsasən məzuniyyətdən sonra işə qayıtmayacaq. Sonra növbə Bakı Şəhər Baytarlıq Xidmətinə çatdı. Cənab nazir şəhərin baş baytarı Şahmar Abdullayevi vəzifəsindən uzaqlaşdırdı.

Redaksiyamıza daxil olan məlumata görə növbə nazirin sonuncu müavini İlham Quliyevindir. Məlumdur ki, iki müavinin vəzifədən azad olunmasından sonra Heydər Əsədov axırıncı müavin ilə işləyir. Məlumata görə yaxın vaxtlarda İlham Quliyev də öz vəzifəsilə vidalaşacaq.

Onu da bildirək ki, İlham Quliyev Politexnik İnstitutunu ( indiki Texniki Universiteti ) bitirib və ixtisasca bu sahəyə yad kadrdır. Əslən Gürcüstandan olan İlham Quliyev uzun müddətdir ki, nazirlikdə işləyir. Son 10 ildə kifayət qədər varlanmış nazir müavini şəhərin bir neçə yerində, hətta “Torqovı”da evlər alıb, böyük biznesə sahibdir. Hətta 100 minlik avtomobil hədiyyə edəcək dərəcədə “əliaçıqdır”. Görəsən, bunlardan cənab Heydər Əsədovun xəbəri varmı..?


Qafqaznews.az