Gülər Əhmədova Həccə getməyə hazırlaşır
21-02-2015, 17:31
Oxunub: 8 502
“Hazırda həyatda ən böyük arzum Həcc ziyarətinə getməkdir”
BOLGEXEBER.COM xəbər verir ki, bunu “a24.az”a Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin yaydığı videoların yaratdığı rüşvət qalmaqalından sonra həbs olunmuş eks-deputat, hazırda şərti azadlıqda olan Gülər Əhmədova deyib.
O vurğulayıb ki, qismət olsa, bu il Həcc ziyarətinə gedəcək: “İnşallah, bu, Allahın qismətidir və ziyarət mənə nəsib olsa, Həccə gedəcəm”.
“2014-cü ildə 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza ilə azadlığa buraxılmısınız və bu müddət başa çatmamış ölkədən çıxa bilərsinizmi” sualımıza cavab olaraq G.Əhmədova deyib: “Əsas odur, icazə verilsin və bununla bağlı danışıq aparırıq. İcazə verilsə, inşallah, bu il Həccə gedəcəm. Hazırda ən böyük arzum Həcc ziyarətinə getməkdir”.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin 2012-ci ilin sentyabrında yaydığı videodan sonra Gülər Əhmədova deputat mandatından imtina edib və həmin ilin fevral ayında həbs edilib. O, 2014-cü ilin may ayının 5-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza təyin edilməklə azadlığa buraxılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər