BolgeXeber.Com » Ölkə » Xanhüseyin Kazımlının oğlu 14 min manat borcunu qaytarmır

Xanhüseyin Kazımlının oğlu 14 min manat borcunu qaytarmır

21-02-2015, 17:33
Oxunub: 5 675 Xanhüseyin Kazımlının oğlu 14 min manat borcunu qaytarmır“Millət vəkili Xanhüseyn Kazımlının oğlu Samir Kazımlı mənə borclu olduğu 13 min 633 manatı vermək istəmir”…

Bunu baytarlıq aptekinin sahibi Mərdan Məmmədov bizimxeber.az-a göndərdiyi müraciətində qeyd edir.

Mərdan Məmmədov bildirir ki, millət vəkili Xanhüseyn Kazımlının oğlu Samir Kazımlı onun işlədiyi baytarlıq aptekindən həmişə dərman alıb: “Onun Maştağada yerləşən və atası Xanhüseyn Kazımlıya məxsus böyük quşçulqu ferması var idi. Samirin xeyli borcu yığılmışdı. 2013-cü ildə Samir məni İlyas adlı bir şəxslə tanış elədi və bildirdi ki, bugündən o mənim şərikimdir və mənim borclarımı o ödəyəcək. Samir onu da bildirdi ki, narahat olma, İlyas müəllim rəsmi adamdır və Məmmədli bələdiyyəsinin sədridir. Mən də İlyasa inandım. Həqiqətən də İlyas müəllim az vaxtda Samir Kazımlının borclarını bağladı. İlyasla Samir yenidən xeyli miqdarda dərman götürürdülər. Onların borcu 13 min 633 manat idi. İlyas müəllim gəlməyəndə mən narahat oldum və Samirə zəng vurdum, o dedi ki, İlyas müəllim ölüb. Mən pulları istəyəndə o telefonu söndürdü. Sonra öyrəndim ki, Samir təsərrüfatdakı pulları xərcləyərək İlyası müflis edib və yazıq dünyasını dəyişib. Sonradan bildim ki, Samir məni də aldadıb, yəni İlyas müəllim Məmmədi bələdiyyəsinin sədri deyilmiş.
Əslində Samirin fırıldaqları əvvəldə olub. O, yalandan doğma dayım dediyi Vaqif müəllimi qabağa verərək baytarlıq apteklərindən 10 min manatlarla nisyə dərman götürüb və pulu qaytarmayıblar. Vaqif aprek sahiblərinə hədə-qorxu gəlirmiş ki, Xanhüseyn müəllimə deyərəm vergini tökər başınıza…”

Mərdan Məmmədov sonra bildirir ki, Samir Kazımlı sonradan həmin quşçuluq fermasında göbələk yetişdirməyə başladı. Samir Kazımlı digər borlcu olduğu aptek müdirlərinə də deyir ki, atam bizi müflis elədi, qardaşım Fəxri söz verib ki, borcları qaytarmaqda mənə kömək edəcək. Söhbət İpoteka Fondunun icraçı direktoru Fəxri Kazımlıdan gedir.

Daha geniş araşdırma yazısı yaxın günlərdə oxuculara təqdim olunacaq…
BOLGEXEBER.COM