Aynar Məmmədov erməni futbolçunu reklam edir? – FOTOLAR
4-03-2015, 17:23
Oxunub: 8 669
“Bu komandanın hazırda 9 nömrəli oyunçusu erməni Mxitaryandır. Geyim ona məxsusdur, ayıb olsun!”
Bu günlərdə “Yeni Müsavat”ın əməkdaşları tərəfindən adı qalmaqallarda hallanan, deputat Elton Məmmədovun oğlu Aynar Məmmmədova məxsus “Nar” kafe-restoranından reportaj hazırlanmışdı.
Həmin reportaj çapından dərhal sonra qalmaqala səbəb oldu. Üstəlik, musavat.com-un oxucuları saytın şərh bölümünə kafe rəhbərliyi barədə irad dolu şərhlərlə yazıya reaksiya veriblər. Buna səbəb isə kafedəki idman həvəskarları üçün nəzərdə tutulan kiçik məkanda erməni idmançısına məxsus geyimin reklam edilməsi olub.
Oxucuların öz şərhlərində vurğulayırlar ki, reportajdakı şəkillərdə görünən və sarı rəngdə olan 9 nömrəli futbol köynəyi Almaniyanın “Borussiya”(Dortmund) komandasının erməni yarımmüdafiəçisi Henrix Mxitaryana məxsusdur.
Heydər adlı oxucunun şərhi: “Bu komandanın hazırda 9 nömrəli oyunçusu erməni Mxitaryandır. Geyim ona məxsusdur, ayıb olsun!”
Digər oxucular da erməni futbolçusunun geyimini reklam etdiyi üçün kafe rəhbərliyini suçlayıblar.
Bəs görəsən, doğrudanmı “Nar” kafe-restoranın rəhbəri, Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədov erməni futbolçusuna rəgbət bəsləyir və onu reklam edir?
Musavat.com-un əməkdaşları bu barədə kiçik araşdırma aparıblar. Nəticədə məlum olub ki, “Borussiya” komandasının 9 nömrəli futbol geyimi hazırda Çiro İmmobiriyə məxsusdur.
Erməni, yoxsa italyan..?
Çiro İmmobiri 20 fevral 1990-cı ildə Neapolda anadan olub. Əslən italyan olan gənc futbolçu ötən ilin iyunun 2-də “Borussiya”(Dortmund) komandası ilə 5 illik müqavilə bağlayıb. Futbolçu müqaviləyə əsasən ildə 2 milyon avro qazanır.
“Nar” kafesindəki geyimə gəldikdə isə, reportaj üçün çəkilən şəkillərə diqqətlə nəzər yetirəndə həmin futbol köynəyinin Çiro İmmobiriyə deyil, adıçəkilən futbolçudan daha əvvəl bu komandanın heyətində 9 nömrəli geyimdə çıxış edən Robert Levandovskiyə məxsus olduğu aydınlaşır.
26 yaşlı Levandovski Varşavada anadan olub, polyak əsillidir. O, 2011-ci ildən 2014-cü ilədək “Borussiya” komandasında 9 nömrəli futbol köynəyini geyib.
Erməni futbolçu Henrix Mxitaryan isə “Borussiya” (Dortmund) komandasında 10 nömrəli formanı geyinir.
Belə anlaşılır ki, kafenin rəhbərliyi “Borussiya” komandasının və onun gənc futbolçusu Robert Levandovskiyə rəğbəti var.
Xatırladaq ki, nəqliyyət naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus “Nar” kafe-restoranı bu günlərdə açılaraq, müştərilərin istifadəsinə verilib.
Kafe Xəzər Dəniz Gəmiçilik İdarəsinin sabiq rəisi Aydın Bəşirova məxsus “Glass Plaza” Əyləncə və Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşir.
Musavat.com-un əməkdaşlarının apardığı araşdırmadan məlum olub ki, kafe-restoran daha çox qəlyan istifadəçiləri və futbol həvəskarları üçün nəzərdə tutulub.
Bu səbəbdən də, kafenin xidmətlərinə daha çox gənc, yüksək təbəqəyə məxsus müştərilər müraciət edirlər. Kafenin təhlükəsizliyi polis və nəzarətçilər tərəfindən qorunur.
Aşağıda oxucuların bu barədə şərhlərini olduğu kimi təqdim edirik.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər