BolgeXeber.Com » Ölkə » Cavid Qurbanovun idarəsinə aid hamam satışa çıxarıldı-60 min manata
Cavid Qurbanovun idarəsinə aid hamam satışa çıxarıldı-60 min manata
5-03-2015, 17:05
Oxunub: 7 682
Əmlak Məsələləri Dövlət Komitəsindən oxu.az-a bildirilib ki, “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus hamam martın 10-da hərraca çıxarılacaq
Qurum məlumat yaydı.
Gəncədə hamam satılır.Əmlak Məsələləri Dövlət Komitəsindən Oxu.Az-a bildirilib ki, “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus hamam martın 10-da hərraca çıxarılacaq.
Hamamın ümumi qiyməti 60 181 manatdır. Bu hamama sahib olmaq istəyən şəxs isə 5115 manat beh verməlidir. Hamamın ümumi sahəsi isə 1 159.5 kv metrdir.
Komitədən bildirilib ki, hərrac Gəncə şəhərində müvafiq yerli komissiya tərəfindən keçiriləcək.
Xatırladaq ki, hərracda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd.
2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.
3. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
(10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Komitəsinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir).
4. Kiçik müəssisə kimi özəlləşdirilən müəssisə və obyektlərin ilkin satış qiymətinin 15%-nin əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli qaydada verilməsini təsdiq edən bildiriş.
Hərracın keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsinin təşkili və icarəyə verilməsi şöbəsindən almaq olar.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər