BolgeXeber.Com » Ölkə » AtaBankın Göyçay filialının müdirindən görünməmiş özbaşınalıq – ŞİKAYƏT
AtaBankın Göyçay filialının müdirindən görünməmiş özbaşınalıq – ŞİKAYƏT
12-03-2015, 12:13
Oxunub: 6 398

Sosial müavinət kartlarını kredit borcuna görə götürüb…
Ucar rayonu S. Qarayev küçəsi ev 25 sakini Məmmədov Cavid Sadıq oğlu tərəfindən BOLGEXEBER.COM-a şikayət məktubu daxil olub. Elektron poçtumuza göndərilən şikayətdə deyilir:
“AtaBankın Göyçay filialının müdiri Seymur müəllim mənim ailəmin sosial müavinət kartlarını kredit borcuna görə götürüb, ailəmi aclıq içində yaşamağa məhkum etmişdir ki, nəticədə 3 az yaşlı uşağımda zəiflikdən xəstəlik əmələ gəlmişdir. Belə ki, AtaBankın Göyçay filialından 3000 manat götürdüyüm kred pula görə müdir Seymur müəllim ünvanlı sosial yardım almaq üçün ailəmə verilmiş kartı və 6 aylıq uşağa görə sosial müavinət kartını götürüb özündə saxlayıb bütün pulu borca götürür.
Ünvanlı sosial yardıma görə 250 manat , yeni doğulmuş üşağa görə 45 manat pulun hamısını kredit borcuna götürür.Ailəmin dolanması üçünsə pul saxlanılmır. Mən bu barədə Seymur müəllimə dedikdə hara istəyirsən get şikayət et cavabını verib məni başından etdi.Sonradan mənə savadlı adamlar dedilər ki, bu tam qanunsuzdur ki, sosial müavinət kartlarını bank müdiri özündə saxlayır və ailənin yeganə dolanışıq pulunun hamısını kredit borcuna götürür.
Qeyd edim ki, 3000 manat pulu ortancıl üşağımın müalicəsi üçün AtaBankdan kredit götürmüşəm.Böyük uşağımın 6 yaşı, ortancılın 5 yaşı, kiçiyim isə 6 aylıqdır.Həttda yeni doğulmuş uşağa görə dövlət tərəfinddən 1 illik ayda 45 manat verilən pulun da kartını Seymur müəllim özündə saxlayıb. Ailəm yoxsulluq həddində yaşadığı üçün ünvanlı sosial yardım alırıq. Yoxsulluğa görə ölməyib yaşamaq üçün və körpənin sağlam böyüməsinə görə dövlətin verdiyi pulu Atabankın müdiri Seymur müəlimin tamamilə alması bizim ailəni acından ölməklə üz-üzə qoyub. Qohum-qonşunun köməyi ilə acından ölməmişik.
Bəlkə də Aərbaycanda ikinci belə bir acınacaqlı durumda yaşayan ailə yoxdur. Bizim yaşadığımız vəziyyəti gözləri ilə görən dəhşətə gələr.Mən AtaBankın Göyçay filialının müdiri Seymur müəllimin bu qanunsuz əməli barədə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Baş Prokurora, Korrupsiyay Qarşı Mübarizə İdarəsinə , Mərkəzi Bankın sədrinə və digər orqanlara şikayət ərizələri ilə müraciətlər etmişəm. Xahiş edirəm müavinət kartlarımızı alıb özündə saxlayıb ailəmizi acından ölməyə məhkum edən AtaBankın Göyçay filialının müdiri Seymur müəllimin barəsində qanunu, ciddi tədbirlər görəsiniz.Onun bu əməli cinayət tərkibi yaradır”.
Qarşı tərəfin də teref.infioda mövqeyini işıqlandırmağa hazırıq…
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər