BolgeXeber.Com » Ölkə » Bakının 150 min dollarlıq avtobuslarına vəhşi münasibət - (Foto)

Bakının 150 min dollarlıq avtobuslarına vəhşi münasibət - (Foto)

14-03-2015, 10:28
Oxunub: 6 549 Bakının 150 min dollarlıq avtobuslarına vəhşi münasibət - (Foto)İyunda keçiriləcək I Avropa Oyunlarına görə Bakıya gətirilən təzə avtobuslarda əlillər üçün nəzərdə tutulmuş yerlər sökülərək atılıb

Virtualaz.org saytı xəbər verir ki, bu barədə blogger Mehman Hüseynov öz facebook səhifəsində məlumat və həmin vəhşiliyi sübut edən fotoşəkil paylaşıb.

Blogger yazır ki, 88 saylı marşrutda xəttə buraxılan avtobusda sürücülər xüsusi olaraq əlillər üçün nəzərdə tutulmuş yerləri elektrik mişarı ilə yerli-dibli kəsərək atıblar. Sürücülər buna səbəb kimi əlillər üçün yerlərin salonu... daraltdığını göstəriblər. Onlar izah etməyə çalışıblar ki, bu darlıq üzündən avtobusa az adam götürürlər, bu da onlara sərf etmir...

Qeyd edək ki, Nəqliyyat Nazirliyinin xətti ilə Bakıya 2014-cü ilin sonunda 50, bu ilin əvvəlində isə daha 150 avtobus gətirilib. Onların hər birinin qiyməti 150 min dollardır.
Bolgexeber.com
Bakının 150 min dollarlıq avtobuslarına vəhşi münasibət - (Foto)