BolgeXeber.Com » Ölkə » Tərtərdə Əsgərlərə Novruz sovqatı aparılıb-FOTO

Tərtərdə Əsgərlərə Novruz sovqatı aparılıb-FOTO

19-03-2015, 18:43
Oxunub: 5 705 Tərtərdə Əsgərlərə Novruz sovqatı aparılıb-FOTOTərtər rayon İcra Hakimiyyətinin başçısı və Azərbaycan Respublikasının Hərbi Prokrorluğunun nümayəndələri Novruz bayramı münasibəti ilə N saylı hərbi hissədə olub, hərbçilərə bayram sovqatı aparıblar

Tədbiri hərbi hissənin komandiri polkovnik leytenant İsgəndər Qiyasov açaraq əsgərləri Novruz bayramı münasibəti ilə təbrik etmişdir. Sonra Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək əsgər və zabitləri Milli bayramımız-Novruz bayramı münasibəti ilə təbrik etmiş, müasir Milli Ordumuzu çağdaş Azərbaycanın qurucusu, xalqımızın umummilli lideri Heydər Əliyevin şah əsərindən biri adlandırmışdır. Rayon rəhbəri respublika prezidenti cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğını xüsusi qeyd etmişdir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə günbəgün güclənən Azərbaycan Ordusunun dövlətin keşiyində ayıq-sayıq dayanaraq öz müqəddəs missiyasını yerinə yetirirdiyini bildirmişdir.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Hərbi Prokrorluğunda Hərbi prokrorluqlarda istintaqa nəzərət şöbəsinin rəisi Mahir Əliyevdə əsgər və zabit heyyətini bayram münasibəti ilə təbrik etmiş onlara xidmətlərində uğurlar arzulamışdır.

Sonra rayon hərbi prokuroru Fuad Məmmədov çıxış edərək hərbçilərə respublika hərbi prokroru Xanlar Vəliyevin bayram münasibəti ilə təbrikini çatdırdı.

Rayon sakini Reyhan İsmayılova əsgərləri təbrik edərək, onların hər birini öz balası kimi sevdiyini bildirdi, Vətənin keşiyində dayanmağı öz analarının keşiyində dayanmaqla bir olduğunu dedi.

Sonra rayon mədəniyyət evinin özfəaliyyət kollektivi əsgərlər qarşısında konsert proqramı ilə çıxış etdilər.

Tədbirin sonunda hərbçilərə qiymətli hədiyyələr və bayram sovqatı verilmişdir.

BOLGEXEBER.COM

Tərtərdə Əsgərlərə Novruz sovqatı aparılıb-FOTO
Tərtərdə Əsgərlərə Novruz sovqatı aparılıb-FOTO
Tərtərdə Əsgərlərə Novruz sovqatı aparılıb-FOTO
Tərtərdə Əsgərlərə Novruz sovqatı aparılıb-FOTO