“MusicGallery”dən şikayətlər artıb
22-03-2015, 12:05
Oxunub: 6 327
Son vaxtlar “MusicGallery” şirkətinə məxsus mağazalarda satılan malların keyfiyyəti ilə bağlı şikayətlər artıb.
Bunu virtualaz.org saytına Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Hüquq müdafiəçisinin sözlərinə görə, xüsusilə mağazalardan alınan telefonlarla bağlı şikayət edilir: “Təşkilatımıza daxil olan şikayət ərizəsində istehlakçılar telefonların tez bir zamanda sıradan çıxdığını, dəfələrlə servisdə təmir etdiklərini deyirlər. Sonuncu şikayət ərizəsində istehlaşçı “28 Mall” ticarət mərkəzindəki mağazadan 79 manata telefon aldığını, lakin kassa çeki verilmədiyini yazıb. Telefon 3 dəfə təmir olunub”.
E.Hüseynov dedi ki, şikayətlərlə bağlı şirkətlə əlaqə yaratmağa cəhd edib: “Şirkətin “qaynar xətt” xidməti var. Lakin müraciət etməyimizə baxmayaraq şikayətlər araşdırılmayıb. Şikayəti dövlət qurumlarına da yönəltmişik”.
Qeyd edək ki, “MusicGallery” şirkəti 1993-ci ildə yaradılıb. Şirkətə məxsus mağazalarda məişət texnikası, elektronika, peşəkar işıq və audio avadanlıqları satılır.
Şirkət “Yamaha”nın Azərbaycanda rəsmi nümayəndəsidir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər