BolgeXeber.Com » Ölkə » Fazil Mustafa məmurlara qəzəbləndi: “Boğulana qədər içirtmək lazım...”

Fazil Mustafa məmurlara qəzəbləndi: “Boğulana qədər içirtmək lazım...”

23-03-2015, 17:34
Oxunub: 3 778 Fazil Mustafa məmurlara qəzəbləndi: “Boğulana qədər içirtmək lazım...”"Belə yolları bu millətə rəva görənlər, insanlarımıza bu qədər mədəyə ötürülən vəsaitlə alt yapısız belə bir yolu sırıyanlar hamımızı yarı yolda qoyacaqlar"

Deputat Fazil Mustafa Binəqədi rayonunda yağışdan sonra yaranan acınacaqlı vəziyyətə sərt münasibət bildirib.

BOLGEXEBER.COM xəbər verir ki, deputat dünən axşam saatlarından etibarən yağan yağış nəticəsində Binəqədi rayonu ərazisində yaranmış gölməçələrdə maşınların qaldğını, insanların çətin vəziyyətdə olduğunu bildirib.

Bu barədə deputat öz facebook səhifəsində yazıb: “Binəqədidən Rəsulzadə qəsəbəsinə gedən yolda yağış nətiçəsində yaranan bir neçə kilometrlik üzgüçülük hovuzunda çox sayda Rusiya istehsalı olan maşınlar qalmışdı.Fazil Mustafa məmurlara qəzəbləndi: “Boğulana qədər içirtmək lazım...”

Sürücülər hətta yerə düşə bilmirdilər, çünki su maşının içinə dolurdu. Bəlkə də belə bir rəmzi məna çıxarmaq olar ki, Rusiya istehsalı olan düşüncə və anlayışlar da əvvəl-axır yollarda qalacaq.

Ancaq belə yolları bu millətə rəva görənlər, insanlarımıza bu qədər mədəyə ötürülən vəsaitlə alt yapısız belə bir yolu sırıyanlar hamımızı yarı yolda qoyacaqlar.

Bir günlük yağış yağması nəticəsində gölə çevrilən bu cür yolları bu məzlum vətəndaşa sırıyanları bir-bir gətirib o gölün suyunu boğulana qədər içirtmək lazım. O zaman yeyilən bütün pulları mədələrindən geri qaytaracaqlar.

Yağış da, qar da təbiətin gözəllikləridir. Gör nə vəziyyətdəyik ki, yağış, qar yağanda küçələrdə necə yeriyəcəyimizi, necə maşın sürəcəyimizi düşünürük. Allah bizləri islah etsin!”