Lamiyənin həyatından bəhs edən kitab yazılır — FOTO
25-03-2015, 16:28
Oxunub: 7 520
"Ümidvaram ki, bu kitab sizlərdə maraq oyadacaq və bu kitabı oxuyarkən siz də o anları fikrən yaşayaraq həmin hissləri keçirəcəksiniz”
“Siz də o anları fikrən yaşayaraq həmin hissləri keçirəcəksiniz”.
Vüqar Əliyevin və onun nişanlısı Lamiyə Quliyevanın başlarına gətirilən hadisələr barədə tam ətraflı və təfsilatlı şəkildə kitab üzərində işləyirik, çox yaxın zamanda bu kitab Azərbaycan dilində “Qobustan qəbiristanlığının diri sakininin harayı” adı altında işıq üzü görəcəkdir.
Bu sözləri Lamiyə Quliyevanın keçmiş nişanlısı, ömürlük həbsdə olan Vüqar Əliyevin vəkili Adəm Məmmədov “facebook” sosial şəbəkəsində yazıb.
O, Vüqar Əliyevin əfv olunması barədə prezidentə müraciət etdiklərini bildirib:
“Əziz dostlar! Bildiyiniz kimi, “Lamiyə” olayında həqiqətələrin aşkar olunması Lamiyənin azadlığa buraxılmasına gətirib çıxaran nəticələr verdi. Bildiyiniz kimi, mən, Lamiyənin nişanlısı olan, Vüqar Əliyevin hüquqlarını müdafiə edirəm. Müəyyən subyektiv səbəblərdən mart ayındakı əfv sərəncamında Vüqar Əliyevin adı qeyd olunmadı, lakin, bildirmək istərdim ki, Vüqar Əliyevin möhtərəm prezidentimizə müraciətlə təqdim etdiyi əfv ərizəsi Prezident Administrasiyası tərəfindən qəbul edilmişdir və yaxın gələcəkdə icra olunması gözlənilir…
Həmçinin, nəzərinizə çatdırmaq istərdim ki, Vüqar Əliyevin və onun nişanlısı Lamiyə Quliyevanın başlarına gətirilən hadisələr barədə tam ətraflı və təfsilatlı şəkildə kitab üzərində işləyirik, çox yaxın zamanda bu kitab Azərbaycan dilində “Qobustan qəbiristanlığının diri sakininin harayı” adı altında işıq üzü görəcəkdir. Bu kitabda günahsız bir cavanın başına gətirilən hadisələr, verilən işgəncələr, hər an ölümlə üzbəüz qalaraq ölüm-dirim savaşı və digər cinayət aləmində baş verən bir sıra maraqlı hadisələr öz əksini tapmışdır. Ümidvaram ki, bu kitab sizlərdə maraq oyadacaq və bu kitabı oxuyarkən siz də o anları fikrən yaşayaraq həmin hissləri keçirəcəksiniz”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər