BolgeXeber.Com » Ölkə » Lənkəranın Şıxəkəran kəndinə 22 illik fasilədən sonra təbii qazınverilişi bərpa olundu-FOTO
Lənkəranın Şıxəkəran kəndinə 22 illik fasilədən sonra təbii qazınverilişi bərpa olundu-FOTO
25-03-2015, 17:47
Oxunub: 5 480
Lənkəran rayonunun Şıxəkəran kəndinə uzun fasilədən sonra təbii qaz verildi
Bu münasibətlə kənddə təntənəli mərasim keçirildi. Tədbirdə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, rayonun hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcədə kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. 22-illik fasilədən sonra əraziyə yenidən təbii qazın verilməsi sakinlərində ürəyincə oldu. Tədbirdə çıxış edən agsaqqallar və digərləri çıxışlarında təbii qazın verilməsinə görə, onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər. Qeyd olundu ki, kənddə uzun illər mavi yanacağın olmaması sakinlərin odundan istifadə etməsi zərürətini yaradıb. Buda kənd sakinlərinin ilboyu çətinliklərlə üzləşməsinə səbəb olub. Eləcədə odundan istifadə meşələrin qırılmasına gətirib çıxarıb ki, nəticədə təbiətə xeyli ziyan vurulub. Açılış mərasimində çıxış edən Lənkəran şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov kənd sakinlərinə Novruz bayramı münasibəti ilə təbriklərini çatdıraraq, mavi yanacağın hər bir ailəyə hərarət, bərəkət və sevinc gətirməsini arzuladı. Rayonun sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən layihələrdən söz açan İcra başçısı bununla 56-cı yaşayış məntəqəsinin qazlaşdırıldığını, rayon üzrə qazlaşdırmanın 81-faiz təşkil etdiyini bildirdi. Tədbirdə qeyd olunub ki, Şıxəkəran kəndində 791-abonentə təbii qazın verilməsi üçün birpilləli sistem əsasında 12,722-km uzunluğunda müxtəlif diametrli polietilen və 34,662-km uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 791-ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Sonda rayon rəhbəri Taleh Qaraşov sakinlərlə birlikdə kəndə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli alovlandırdı.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər