Yoldakı cərimələr niyə endirilmir? - narazı vətəndaşın şikayəti
26-03-2015, 11:40
Oxunub: 6 411
Törətdiyi xətaya görə özünü günahkar hesab edən müəllim, sonda belə tədbir və cərimələrin sürücü mədəniyyətini tənzimləyə bilməyəcəyi qənaitindədir
Biləsuvar rayonunda yaşayan sadə kənd müəlimlərindən biri dərdini anladıb.(müəllim adına hörmət və xahişinə əsasən adını açıqlamırıq.)
Söylədiyinə görə başı dərdili imiş qaş düzəltdiyi yerdə gözü də çıxarıb. İşin üstünə bir işdə gəlib.
Qısası övladı Ağcabədi rayonunda yerləşən, n- saylı hərbi hissələrin birində qulluq edir.Ordan gələn qəfil xəbərə görə, (təfərruatını hələlik açmırıq.) Biləsuvardan Bərdə rayonuna 2-dəfə gedib gəlməli olub.
Fikirli olduqundan öz şəxsi avtomabili ilə (iki dəfəyə )qət etdiyi 1380 km-lik yolda 3-dəfə özüdə bilmədən, radara düşüb.
İndi onun yaşadığı ünvan RPŞ-nin YPX-i tərəfindən 3- ayrı məktub gəlib ki, filan tarixlərdə sürət həddini aşdığın üçün törəddiyin inzibati xətalara görə YPX-nin hesabına ümumilikdə 350-manat cərimə ödəməlisən.
Söylədiyinə görə ay ərzində 120-manat əmək haqqı alır. İki-üç, günlük səfəri çərçivəsində məlum diqqətsizliyi ucbatından 3-ay əmək haqqısız qalacaq .
Nəticədə ailəsinə pul apara bilməyərək, aldıqı məvacibi həmin müddətə YPX-yə çərimə olaraq ödəyəcək.
Törətdiyi xətaya görə özünü günahkar hesab edən müəllim, sonda belə tədbir və cərimələrin sürücü mədəniyyətini tənzimləyə bilməyəcəyi qənaitindədir.
“Onsuz da pulu, adam olan şəxslər yollarda elə də sürət həddinə fikir vermirlər. Onlar üçün cərimə ödəmək xırda məsələdir. Lakin bizim kimilər üçün belə cərimləri ödəmək ağırdır. Qanunlarda dəyişiklik, güzəştlər, cərimələr xəbərdar edici və simvolik olmaldır. YPX-əməkdaşları yollarda qayda qanun yaratmaq istəyirlərsə, öncə yolların keyfiyyətini nəzarətdə saxlamalı və (bizim kimi insanlardan fərqli olaraq) yol hərəkti qaydalarını davamlı olaraq pozub inzibati xəta törədən şəxsləri ictimai qınağa məruz qoymalıdırlar ki, sonda onlar da, öz əməllərinə düzəliş etsinlər.”
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər