BolgeXeber.Com » Ölkə » Azərbaycanda sabah yay vaxtına keçiləcək

Azərbaycanda sabah yay vaxtına keçiləcək

28-03-2015, 10:36
Oxunub: 6 136 Azərbaycanda sabah yay vaxtına keçiləcəkMartın 29-da Azərbaycan Respublikasında yay vaxtına keçiləcək


BOLGEXEBER.COM Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli qərarına əsasən, mart ayının sonuncu bazar günü, yəni martın 29-da saat 04:00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçiləcək.

Qeyd edək ki, hər il oktyabr ayının son bazar günü isə saat 05:00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
BOLGEXEBER.COM