BolgeXeber.Com » Ölkə » Mərhum aktyor-deputat Mikayıl Mirzənin qardaşı oğlu qətlə yetirilib
Mərhum aktyor-deputat Mikayıl Mirzənin qardaşı oğlu qətlə yetirilib
28-03-2015, 14:49
Oxunub: 6 517
Qətlə yetirilən Ağsu aşırımında yerləşən “Ata Yurdu” restoranın sahibi olub
Bu gün səhər saatlarında Ağsu rayonunda qətl hadisəsi törədilib. Apa-nın yerli bürosunun xəbərinə görə, Ağsu şəhər sakini 1961-ci il təvəllüdlü Mirzəyev Mahir Ağamehdi oğlu naməlum şəxs tərəfindən ov tüfəngindən açılan atəş nəticəsində dünyasını dəyişib.
O, qarın, boğaz, baş və ürək nahiyəsindən xəsarət alıb. Ağsu aşırımında yerləşən “Ata Yurdu” restoranının sahibi olan M. Mirzəyevin kim tərəfindən və hansı səbəbdən öldürüldüyü hələ ki, məlum deyil.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Qeyd edək ki, qətlə yetirilən M. Mirzəyev Azərbaycanın xalq artisti, mərhum aktyor, Milli Məclisin sabiq deputatı Mikayıl Mirzənin qardaşı oğludur.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər