BolgeXeber.Com » Ölkə » Rektorun iflasa uğrayan "Katya planı"

Rektorun iflasa uğrayan "Katya planı"

30-03-2015, 11:25
Oxunub: 3 923 Rektorun iflasa uğrayan "Katya planı""İstintaq isə İsaxanlının Katya variantını ümumiyyətlə, ciddiyə almadı və heç bir sənədlərə qanuni olaraq onun adı salınmadı”

Ülkər İsayevanın döyülməsi ilə bağlı hafta.az-a ilginc məlumat daxil olub. Məlumatda bildirilir ki, Ülkər İsayevanın işi ilə bağlı protest zamanı ortaya atılan Katya ictimaiyyəti əsl mətləbdən yayındırmaq üçün atılmış addım idi:

“Katyanın adı cinayət işində çəkilmir. Sadəcə olaraq, həmin zaman ictimaiyyəti əsl məsələdən yayındırmaq məqsədilə Hamlet İsaxanlı öz müsahibəsində belə bir ad səsləndirdi. Onlar az-çox öz istəklərinə nail oldular. Lakin Katyadan “səs gəlmədi”. Əslində bu kimi “Katya”lar bir çox varlı ailələrin övladlarının yanında əməkhaqqı ilə çalışırlar. Onlar aylıq orta hesabla 600-800 manat müqabilində gecələr öz “xozeyn”lərinin çantalarını daşıyırlar. Çantada isə müəyyən məbləğdə pul olur. “Xozeyn” gecə klubunda əyləndikdən sonra həmin şəxslər çantadakı məbləğ hesabına şotu ödəyirlər. Onların növbəti iş günü isə qarşıdakı gecədir. Yəni həmin şəxslər ancaq gecədən-gecəyə fəaliyyət göstərirlər. Əcnəbi olan bu şəxsləri digər məsələlər maraqlandırmır. İşlərini görüb, əmək haqlarını alırlar. Katya söhbəti də buradan ortaya çıxdı. Lakin İsayevanın Katyası problemi üzərinə götürmədiyi üçün qurulan plan öz bəhrəsini vermədi. İstintaq isə İsaxanlının Katya variantını ümumiyyətlə, ciddiyə almadı və heç bir sənədlərə qanuni olaraq onun adı salınmadı”.