Manat böhranı “Ayan” MMC-ni də vurdu - GƏRGİNLİK
30-03-2015, 11:47
Oxunub: 5 677
Dolların məzənnəsinin gözlənilmədən artması Azərbaycandakı yerli böyük şirkətlərdə ciddi problemlər yaratmaqdadır
Bəzi şirkət və müəssisə rəhbərləri yaranmış agır vəziyyəti gizlətməyə çalışırlar. Lakin, artıq bəzi şirkətlərdə isə baş verənləri gizlətmək mümkünsüz olub.
Bizimxeber.az-a daxil olan məlumata görə, 2005-ci ildən fəaliyyət göstərən və qida məhsullarının istehsalı, onların emalı və ixracı ilə məşğul olan “Ayan” MMC-də vəziyyən o qədər də ürəkaçan deyil.
“QızılQuyu” adlı limonadların və “Beloçka” tumlarının istehsalı ilə məşğul olan “Ayan” MMC-nin fəaliyyətində problemlərin yarana biləcəyini deyən mənbə qeyd edir ki, şirkət artıq işçilərinin ixtisarını həyata keçirmək üçün yollar axtarır. Dəfələrlə rəhbərlik səviyyəsində işçilərin necə azaldılması müzakirə olunub. Məlumatda həmçinin qeyd olunur ki, şirkət məhsulların istehsalında da azaltmalar etmək niyyətindədir.
Məlumata görə, şirkət havaların istiləşməsini əsas gətirərək “Beloçka” tumlarının istehsalını azaldıb gücü “QızılQuyu” adlı limonadlarına qoymaq niyyətindədir. Üstəlik yay mövsümündə limonadların qiymıətinin də qaldırılması gözlənilir.
Bizimxeber.az-a daxil olan daha bir məlumata görə, bir müddət əvvəl “Ayan” MMC-də vergi yoxlamaları həyata keçirilib. Yoxlamaların nəticələri ilə bağlı heç bir rəsmi məlumat açıqlanmasa da, yaxın günlərdə tam təfərrüatlar barədə məlumat verəcəyik.
Bir sözlə, Böhran “Ayan” MMC-ni də vurub…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər