"Atena” ölkədən gedir -Şok təfərrüat
3-04-2015, 14:06
Oxunub: 16 912
“Atena” süd zavodu Azərbaycanı tərk edir
Ağcabədidə fəaliyyət göstərən zavod Türkiyədə yerləşəcək. BOLGEXEBER.COM-a daxil olan məlumata görə, zavodun üzləşdiyi problemlər rəhbərliyi bu addımı atmağa sövq edib. Rəhbərlik qarşılaşdığı inhisarlara görə ölkədən çıxmalı olub.
Rəqabətdə digər ağartı məhsulları istehsal edən zavodları geridə qoymasına baxmayaraq, həmin müəssisələrin himayəçiləri tərəfindən təzyiqlər başlanılıb. Bu müddət ərzində zavod ölkə rəhbərliyindən aldığı dəstək və etimad hesabına özünü saxlaya bilib. Lakin son dövrlər artan təzyiqlər və monopolistlərin maraqları zavod rəhbərliyini ölkəni tərk etmək məcburiyyətində qoyub.
Qeyd edək ki, sutkalıq 400 ton süd istehsal etmək gücünə malik olan “Atena” süd zavodu tətbiq etdiyi texnologiya və riayət etdiyi gigiyenik qaydalara görə rəqib tanımır. ABŞ və Avropanın əsas süd zavodlarının da istifadə etdiyi “Extended Shelf Life” texnologiyası Azərbaycanda ilk olmaqla yanaşı, həmçinin, Türkiyə və keçmiş sovet ölkələrində də yoxdur.
Yeni texnologiya südün tərkibindəki xeyirli maddələrin istehsal prosesində itməməsini və onun saxlanma müddətinin 28 günə çıxarılmasını təmin edir. Həmçinin, zavodun texnologiyası o qədər yüksək səviyyəlidir ki, istehsal zamanı südün tərkibindəki zərərli bakteriyaların hamısı məhv edilir.
Ağcabədidə 18 kənddə 1000 fermerlə əməkdaşlıq edən “Atena” süd zavodu rayonda 21 süd toplama məntəqəsi yaradıb. Fermerlər bu məntəqələrdə əl dəymədən xüsusi kodlaşdırma vasitəsilə südü zavodun toplayıcılarına təhvil verirlər.
Fermerlərdən toplanan süd istehsal prosesinə qədər tam 98 adda müxtəlif yoxlamalardan keçirilir. Zavodda işçilərlə yanaşı, binanın özü də xüsusi texnologiya ilə gigiyenik yoxlamadan keçirilir.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər