Bakıda Andranikin şəkli olan pub varmış... (Fotolar)
7-04-2015, 14:21
Oxunub: 7 457
Bakının Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən pubda Ermənistanın milli qəhrəmanı olan Andranik Ozanyanın portreti vurulub
Bununla bağlı məlumat sosial şəbəkədə yayılmışdı. “Qafqazinfo”-nun hadisə yerində olan əməkdaşının sözlərinə görə, hazırda pubun yerləşdiyi ərazidə çoxlu sayda polis əməkdaşları var. “Stara Praqa” adlanan pubun sahibi olan Novruz adlı şəxsin sözlərinə görə, hələ iki il əvvəl bu pubu alarkən həmin foto olub və onun altında Pyotr Nikodimoviç Montinin adı yazılıb.
Sahibkar bildirib ki, portretin həmin şəxsə aid olduğunu düşünüb və yerləşdiyi ərazinin də adına uyğun olduğu üçün onu götürməyib.
Sayt əməkdaşının sözlərinə görə, artıq Andranikin portreti oradan götürülüb.
Qeyd edək ki, 1918-ci ildə əsasən Qarabağ və Zəngəzurda azərbaycanlıların yaşadıqları kəndlərin dağdılmasında və əhalinin qətlində Andranikin rəhbərlik etdiyi dəstənin xüsusi rolu olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər