Xaricə səfər edənlər təyyarə biletində necə aldadılır...
8-04-2015, 09:31
Oxunub: 5 703
Ölkədə fəaliyyət göstərən turizm şirkətləri yeni kampaniyalar adı altında vətəndaşları aldadır
Xüsusilə də xarici ölkələrə gediş-gəliş bileti alan sərnişinlərin hüquqları pozulur.
BOLGEXEBER.COM bildirir ki,bunu virtualaz.org saytına Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
Hüquq müdafiəçisinin sözlərinə görə, rəhbərlik etdiyi təşkilata müxtəlif turizm şirkətləri tərəfindən həyata keçirilən kampaniyalardan şikayətlər daxil olur: “Məsələn, “Miracle travel” turizm şirkəti var. Sikayətçilərdən biri 24 mart, 2015-ci ildə Bakı-Kiyev-Xarkov-Kiyev-Bakı marşrutu üzrə bilet alıb. Lakin gecikdiyi üçün Kiyevdən Xarkova təyyarə ilə gedə bilməyib. Nəticədə ona biletinin etibarsız olduğunu deyiblər”.
E.Hüseynov bildirdi ki, şikayətçi sərnişin Xarkova təyyarə ilə getmədiyindən Kiyevdən Bakıya olan geri dönüş bileti ləğv edilib: “Sərnişinə heç bir məlumat vermədən biletini ləğv ediblər. Sərnişin isə təkrar 310 dollar ödəməklə bilet almalı olub. Turizm şirkətindən isə deyiblər ki, kampaniyanın şərtlərinə görə, marşrutdan kənara çıxış zamanı bütün biletlər ləğv olunur”.
E.Hüseynov digər turizm şirkətlərinin də bu cür kampaniyalar həyata keçirdiyini qeyd etdi: “Əgər sərnişin xəstələnərsə və ya başına gözlənilməz iş gələrsə, digər marşrutlar üzrə aldığı biletləri də avtomatik ləğv edilir. Halbuki istifadə olunmayan marşrut üzrə bilet geri qaytarılmalı, digər marşrutlardan istifadə haqqı tanınmalıdır”.
Şirkətlə əlaqə yaradan E.Hüseynova istehlakçıya dəymiş zərərin ödənilməyəcəyini bildiriblər: “Son günlər AZAL-dan da şikayətlər edilir. “Miracle travel” və digər qurumlardan olan şikayətlər İqtisadiyyat və Sənaye, Vergilər, Mədəniyyət və Turizm nazirliklərinə göndərilib. “İstehlakçı hüquqları haqqında” qanunun tələblərinə görə, istehlakçı əvvəlcədən məlumatlandırılmalıdır. Müxtəlif vasitələrlə müştəri yığmağa çalışan turizm şirkətləri istehlakçıları əvvəlcədən məlumatlandırmamaqla onları aldadırlar”.
“Mirace travel” turizm şirkətinin internet ünvanında göstərilən telefon nömrələrindən suallarımızı cavablandırmaq istəmədilər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər