"Səni axtarıram"ın hüquqları Xoşqədəmdən alınıb
14-04-2015, 13:17
Oxunub: 9 751
Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı mətbuat konfransında ATV rəhbəri Vüqar Qaradağlı ilə bağlı da maraqlı açıqlamalar verib
BOLGEXEBER.COM bildirir ki,publika.az-ın məlumatına görə, teleaparıcı 3 gün ləngiməsinin səbəbini məhz verilişin “Şəhadətnamə”sini ATV-dən ala bilməməsi ilə izah edib:
“Beş il ərzində dünyanın hər yerindən 68500 məktub almışdıq. Bu veriliş çox sevilirdi. ATV rəhbəri Vüqar Qaradağlı mənə dedi ki, apreldən başlayaraq veriliş yayımlanmayacaq. Vüqar Qaradağlı neçə gündür ki, verilişin sənədlərini mənə vermək istəmirdi. Söhbət mənim marağımdan deyil, yüzminlərlə insanın ah-naləsindən gedir. Mən layihənin müstəsna müəlliflik hüququna malikəm. Gəlirin 50 faizi mənim olmalıdır, amma indiyədək mənə heç nə verilməyib. Çünki bundan xəbərsiz olmuşam. ATV-dən çıxmaq fikrində deyildim. Amma buna məcbur oldum”.
X.Hidayətqızı 3 gün ləngimə ilə aldığı “Şəhadətnamə”nin də ona verilişin tam hüququnu vermədiyini bildirib. Onun sözlərinə görə, Vüqar Qaradağlı “Səni axtarıram”ın tam hüququnu verməkdən imtina edib. Sənədə əsasən, veriliş hazırda paylı mülkiyyət formasıdır:
“Vüqar Qaradağlı dedi ki, harada istəyirsən, get, verilişi aç, ancaq bütün hüquqları sənə verməyəcəm”.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər