BolgeXeber.Com » Ölkə » FHN-in sabiq əməkdaşının vətəndaşın 8 min manatını mənimsəməsi faktına görə cinayət işi başlanıb
FHN-in sabiq əməkdaşının vətəndaşın 8 min manatını mənimsəməsi faktına görə cinayət işi başlanıb
23-04-2015, 16:37
Oxunub: 5 786
Nazirliyin keçmiş işçisi 8 min manat rüşvət almaqda ittiham olunur
Fövqəladə Hallar Nazirliyinin sabiq əməkdaşı barədə cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, Bakı şəhər sakininin Fövqəladə Hallar Nazirliyinin sabiq əməkdaşı tərəfindən ona qarşı yol verilmiş qanunsuz hərəkətləri barədə 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Baş Prokurorluğa daxil olmuş eyni məzmunlu müraciət üzrə aparılmış araşdırmalar zamanı Anar Allahverdiyevin nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsində bölmə rəisi vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə etməklə Bakı şəhər sakinini həmin xidmətə işə qəbul etdirmək adı ilə aldadaraq 8 min manat məbləğində pulunu ələ keçirib. Bu barədə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər