BolgeXeber.Com » Ölkə » "Kapitalbank"ın ölü pulu “yeyən” bank işçiləri haqqında cinayət işi açıldı
"Kapitalbank"ın ölü pulu “yeyən” bank işçiləri haqqında cinayət işi açıldı
23-04-2015, 18:05
Oxunub: 6 253
“Kapitalbank” ASC-nin “İmişli”, “Şabran və “Biləsuvar” filiallarının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə qeyd olunan bankdan daxil olan material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluqdan Bolgexeber.com-a verilən məlumata görə, bankın “İmişli“ filialının kredit şöbəsinin sabiq əməkdaşları Zaur Əzizov, Maqsud Yaqubov və baş xəzinədar Seymur Qasımov saxta kredit müqavilələrini rəsmiləşdirilib, kredit məbləğlərinin müştərilərə tam həcmdə verməyib və kreditləri qəsdən ödənişə yönəltməyib. Bankın “Şabran” filialının sabiq mütəxəssisi Ceyran Orucova müştərilərin şəxsiyyətini təsdiq edən sənədləri müvafiq qaydada yoxlamadan 295 rayon sakininə 305 ədəd ödəniş kartı hazırladıb, bankın “Biləsuvar” filialının sabiq baş xəzinədarı Nəriman Cəfərov və əməliyyatçısı Pərviz Əzizov isə vəfat edən rayon sakininin adına olan plastik kartdan pul vəsaitlərini məxaric ediblər. Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər