BolgeXeber.Com » Ölkə » Nuşirəvan Səvfərovun evakuator biznesi

Nuşirəvan Səvfərovun evakuator biznesi

24-04-2015, 19:44
Oxunub: 4 924 Nuşirəvan Səvfərovun evakuator biznesiCərimə meydançasından baş redaktordan 40 manat alıb qəbz vermədilər…

Bir müddət istər yuxarı instansiyaların, istərsə də, mətbuatın ciddi qınaq hədəfinə çevirilən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin evakuatorları sakitləşdi. Əksəriyyət elə bildi ki, artıq onlar bu əməlin qanunlara zidd olduğunu, insanların nahaqdan cibinə girməyin haram olduğunu anlayıblar. Amma görünür ele deyilmiş.

Bunlar sadəcə imkan gözləyirmişlər ki, yenidən start versinlər. Bəli, artıq onlar öz köhnə əməllərini davam etdirirlər. Maşını saxlaymağını görürsən ki, dərhal ərazidəki xəbərçilərinin köməkliyi ilə maşını cərimə meydançasına aparırlar.

Belə ki, təxminən bir saat əvvəl Bizimxeber.az İnformasiya Agentliyinin baş redaktorunun avtomobili 28-may metrosunun yaxınlığından 1 dəqiqə ərzində aparılıb. Baş redaktor avtomobilin qəza işıqlarının yandıraraq su almaq üçün düşüb.

Qayıtdıqda isə avtomobili yerində tapmayıb. Videogörüntülərdən də açıq şəkildə görünür ki, baş redaktorun maşından düşməsi ilə maşının aparılması 2 dəqiqə çəkməyib: “Mənə maraqlı olan başqa məsələdir. Bu gün bu xidmətin necə aktiv işlədiyinə, 2 dəqiqə ərzində avtomobili necə apardıqlarına heyran qaldım.

Görünür, qanunda belə bir qayda var və mənim xəbərim yoxdu. Nüşirəvan Səfərovun içşiləri əla və çevik işləyir. Elə qanunları da elə çevik pozub heç bir qəbz vermədən 40 manat alaraq maşını azad edirlər. Adını da heç nə qoyçurlar. Saədə bir otağa girirsən və 40 manat verib gedirsən. Bu qədər sadə… Pulıunu ver, adını və maşının nömrəsini adı bir kağıza yazdır və qapıda dayanana de ki, rəisə 40 manat verdim. Burax gedim. Bir sözlə cəngəllik qanunları. Bunların qanunu budur”.

Cavanşir körpüsünün altında məşhur cərimə meydançası var. Bu meydançada ölkənin bütün qanunları pozulur. Burda nə Azərbaycan var, nə də qanun. Burda yalnız pul işləyir…

Baş redaktor bildirir ki, ondan 40 manat alaraq maşını buraxıblar: “Nə cərimə yazırlar, nə bir protokol. 40 manat alır və maşın azadddır. Gülməlidir Nuşirəvan müəllim… Bu 40 manatlar hara gedir? Niyə heç bir çek verilmir? Axı, mən bildiyim qədər Azərbaycan qanunlarla idarə olunan bir ölkədir. Qəbz ver deyən kimi, “çıx bayırda gözlə 1 saatdan sonra gələrsən” nə deməkdir?.“

Baş verənlərlə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri kimi tanıdığımız, işi düşdüyü zaman jurnalistlərə dostumsan deyən Vaqif Əsədovla əlaqə saxlamaq istədik. Təəssüflər olsun ki, həmişəki ki, yoldaş Əsədov telefonu qaldırmadı. Cünki, onun bizə işi düşməmişdi. (Bizimxeber.az)