BolgeXeber.Com » Ölkə » “Azkontrakt”ın prezidenti Güləddin Dadaşov ola bilər - Dəyişiklik

“Azkontrakt”ın prezidenti Güləddin Dadaşov ola bilər - Dəyişiklik

27-04-2015, 19:47
Oxunub: 12 473 “Azkontrakt”ın prezidenti Güləddin Dadaşov ola bilər - DəyişiklikBunu da təbii qəbul etmək lazımdır

Azkontrakt” Dövlət Koorperasiyasının prezidenti Miri Qəmbərov müavini Güləddin Dadaşovla əvəzlənir. BOLGEXEBER.COM xəbər verir ki, bu barədə Faktinfo.az saytı məlumat yayıb.

Saytın yazdığına görə, yaşlanması, səhhəti ilə bağlı Miri Qəmbərov artıq işə gələ bilmir, onun yaşı 80-i ötüb. Bunu da təbii qəbul etmək lazımdır. Hətta, bəzən sənədlərin imzalanması ilə bağlı Miri Qəmbərovun evinə gedilir.

Həftələrlə işə gələ bilməyən Miri müəllim yerinə öz müavini Güləddin Dadaşovun təyin olunmasını yuxarı dairələrdən xahiş edib. Onun bu xahişinin qəbul olunub-olunmamasını isə zaman göstərəcək. Güləddin Dadaşovun təcrübəli və savadlı bir şəxs olduğu da bildirilir.