Telefon mağazasının reklam fırıldağı – Foto
28-04-2015, 11:30
Oxunub: 7 610
Onlayn alış-verış saytlarında təklif olunan məhsulun bazar qiymətlərindən aşağı təqdim olunması üsulu geniş yayılıb.
Axar.az xəbər verir ki, məişət texnikası, əsasən də mobil telefon satışı ilə məşğul olan bir neçə onlayn mağaza bundan istifadə edərək reklam fırıldağına əl atıb.
Əməkdaşımızın araşdırması zamanı məlum oldu ki, ”almalı.az” onlayn mağazası Feysbuk sosial şəbəkəsində kampaniya həyata keçirir. Bahalı mobil telefonlar saytda bazar qiymətlərindən 150-200 manat məbləğində ucuz təklif olunsa da, mağazanın interaktiv əlaqə xidməti yuxarı qiymətlər təklif edir.
Məsələ ilə bağlı mağaza ilə əlaqə saxladıq. Aydın oldu ki, məhsullar reklam olunan qiymətə yox, mağazanın interaktiv bölməsində təqdim olunan qiymətə satılır.
Bildirək ki, “Reklam haqqında” Qanunun 6.1.3.bəndinə görə, əmtəə barədə bilərəkdən yalan reklam vermək, qanunun 7.1. bəndinə görə isə əmtəə barədə məlumatları təhrif etmək, gerçəkliyə uyğun olmayan şəkildə əks etdirmək qeyri-dəqiq reklam hesab olunur.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər