Kəlbəcər Təhsil Şöbəsində pul yığanlar kimlərdir? – SİYAHI
6-05-2015, 10:43
Oxunub: 4 910
Kəlbəcər rayonu Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti bu sahəni iflic edib
RTŞ-nin müdiri Məhyəddin Abdürəhmanov rəhbərlik etməyə başladıqdan sonra Kəlbəcər təhsili daha ağır duruma düşüb.
Tia.az-ın xəbərinə görə, şöbənin işçiləri Şirinov Elçin Təhməz oğlu və İbrahimov Xəqani Nizami oğlu onun pul yığanlarıdır. 114 məktəbi olan rayonun 80 məktəbindən RTŞ rəhbəri təyinat aldıqdan sonra öz pulyığma kampaniyası başladılıb. Hesabı vermək istəməyən direktorlar isə hədələnir, ya da işdən qovulur. Şöbə müdiri bütün bunları özünə yaxın olan adamların əli ilə həyata keçirir. Ki, o zaman əməllərini ört-basdır edə bilsin. Bu qruplaşma təhsil müəssisəsini rüşvətxorluq yuvasına çevirmiş, hər bir məsələni pul ilə həll edirlər. E.Şirinov və X.İbrahimov RTŞ sədrinin əsas “sağ əli” sayılır.
Mənbə qeyd edir ki, rayonun təhsil sisteminin tənəzzülə uğramasında da bu məmurların böyük “xidmətləri” var. Şikayətçilərin öz narazılıqlarını bildirdikləri bu məmurların sırasında ilk olaraq adı çəkilən şəxs məsləhətçi Heydər Bəylərovdur. Bildirilir ki, hələ Kəlbəcər RİH-nin sabiq başçısı Vidadi Məhərrəmovun dövründən “icranın pul yığanı” kimi tanınmış Heydər Bəylərov indi bu işi davam etdirir. H.Bəylərova hər ay məktəb direktorları 50 manat verir. Artıq təhsil nazirinə şikayət ünvanlanıb. M.Abdürəhmanov həm əvvəlki illərdə attestat və şəhadətnamə ala bilməyən, həm də bu il məktəbi bitirən məzunlara təhsil haqqında sənədləri yaxın adamı olan Xəqani İbrahimovun əli ilə 50-80 manata satdırır. O, qəzet pulu adı altında ümumtəhsil məktəblərin müəllimlərinin hər birinin əmək haqqından 15 manat məbləğində pul tutdurur.
Bəs görəsən, Kəlbəcər Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun bütün bu baş verənlərə münasibəti necədir?
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər