BolgeXeber.Com » Ölkə » Bakıdakı "Venesiya"nın “əl yandıran” qiymətləri… (FOTOLAR)

Bakıdakı "Venesiya"nın “əl yandıran” qiymətləri… (FOTOLAR)

7-05-2015, 14:55
Oxunub: 9 363 Bakıdakı "Venesiya"nın “əl yandıran” qiymətləri… (FOTOLAR)Pitsalar 9-15 manat, qızardılmış krivetlər 10 manat, klub sendviç 15 manat, soyuq qəlyanaltı 8-15 manat, salatlar 10-15 manat arasında dəyişir

Bakıda yerləşən lüks restoranlar təbii ki, sadə xalqın yaxın dura biləcəkləri yerlər deyil. Kənardan baxanda belə, adam başa düşür ki, 1 aylıq maaşı burada bir axşam yemək yeməyə kifayət etməyəcək. Belə yerlər daha çox biznesmenlər və məmurlar üçündür.

Amma bütün bu restoranlardan əlavə, istirahət məkanı adı ilə açılan bir yer də var ki, burada istirahət qayıqla kiçik səyahətdən və dəniz mənzərəsində nahar etməkdən ibarətdir.

Haqqında danışdığımız yer “Venesiya su şəhərciyi”dir. Bu şəhərcik 1960-cı ildə istifadəyə verilib. 2011-ci ildə buranın yenidən qurulması ilə bağlı göstəriş verilib.

Bir ildən çox davam edən əsaslı yenidənqurma işləri zamanı ərazi daha da genişləndirilib. Şəhərciyin yeni görünüşü əvvəlkindən tam fərqlənsə də, mahiyyət olduğu kimi qalıb. Mövcud kanallar genişləndirilib, əlavə körpülər və iki restoran inşa edilib. Şəhərciyin ərazisi 10.000 kvadratmetrdir.

Şəhərciyin görünüşü normaldır. Hər yan su ilə əhatələnib. Su üzərində hərəkət edən qayıqları görürük. Qayıq sürənlər əllərindəki xüsusi borularla hovuza düşən yarpaqları, kiçik də olsa, zibilləri yığırlar.

Onlara yaxınlaşıb, özümüzü adi şəhər sakini kimi təqdim edərək, qayıqla dolaşmaq istədiyimiz dedik. Məlum olur ki, qayıqlar xüsusi olaraq, İtaliyadan gətirilib. Və qayıqla "səyahət" etmək üçün bir nəfər 3 manat pul ödəməlidir.

Qayıqçını da nəzərə alsaq, qayıqda ümumi olaraq 4 nəfər əyləşə bilər. Hazırda 15-20 dəqiqəlik qayıqla kiçik səyahət üçün bir nəfərdən 3 manat istənilirsə, əvvəllər bu daha da ucuz olub. Adam sayından asılı olmayaraq, sadəcə 5 manat ödəmək kifayət edirmiş.

Diqqətlə baxdıqda bir şey gözdən qaçmır. Nə qədər də bu şəhərciyin sakinlərin istirahəti üçün salındığı deyilsə də, əsas məqsəd restoranlardır. Bura 3 il öncə təmir edilən zaman şəhər sakinlərinin istirahət edə biləcəkləri bir məkan olaraq, təqdim edilirdi. Amma vaxt keçdikcə anlaşıldı ki, bura istirahət məkanı deyil, “Venesiya su şəhərciyi”dəki iki müxtəlif hissədən ibarət restorandır. Hansı ki, burada qiymətlər “əl yandırır". Ancaq bu haqda bir az sonra...

Şəhərcikdə çox az sayda adam gözə dəyir. Kimi şəkil çəkdirir, kimi təmiz hava almaq üçün su şəhərciyində dolaşır, kimisi də ərazinin təmizliyi ilə məşğul olur. Qayıqlar isə öz müştərilərini gözləyir. Orada olduğumuz 1 saat müddətində bir nəfər də qayıqdan istifadə etmədi. Bu da heç bir zəhmət və xərc çəkilmədən yüksək qiymətlərə çalışan qayıqlar üçün normal haldır. Düşünün ki, 3 nəfərdən ibarət bir ailə buraya istirahət məqsədi ilə gəlib.

Qayığa minərək 15-20 dəqiqəlik "səyahət" üçün 9 manat pul ödənilməlidir. Bu qiymətin üzərinə özəl şərtlərlə (şokoladsız, mürəbbəsiz çay verilmir-red.) xidmət göstərən kafelərin də xərcini gəlsək, xərc azı 30 manat edəcək.

Şəhərcikdə bir az dolaşdıqdan sonra restoranlara baş çəkdik. Restoranlardan birinin adı "Sədəf"dir. Burada ancaq Azərbaycan mətbəxinə aid yeməklər təqdim edilir. Digərinin adı isə "Venesiya"dır. Burada isə ancaq Avropa və İtaliya mətbəxi üstünlük təşkil edilir.

“Venesiya”ya daxil olub, menyu ilə tanış oluruq. Ancaq burada qiymətləri gördükdən sonra dərhal geri qayıdırıq. Çünki 2-3 nəfər dostumuzla burada nahar etmək üçün ödəyəcəyimiz pulla 3 həftə normal qidalanmaq olar.

Pitsalar 9-15 manat, qızardılmış krivetlər 10 manat, klub sendviç 15 manat, soyuq qəlyanaltı 8-15 manat, salatlar 10-15 manat arasında dəyişir.

Spirtli içkilərin qiymətləri isə daha bahadır. Misal üçün şampanların qiyməti 110-700 manat, viskilər 90-350 manat, vodkalar isə 60-90 manat arasında dəyişir. Ən ucuz spirtli içki "Xırdalan" pivəsidir ki, onun da qiyməti 4 manatdır. Normalda bu pivənin marketlərdəki satış qiyməti 1 manatdır.

"Sədəf"də də vəziyyət eynidir. Burada da qiymətlər "od tutub yanır". Sadəcə, “Sədəf”in bir üstünlüyü var ki, burada müştərilərə ancaq yerli və bol çeşidli menyu təqdim edilir.

Ümumi götürdükdə isə “Venesiya su şəhərciyi”ni müsbət qiymətləndirmək olar. Çünki burada şəxsi telefonunuzla şəkil çəkdirmək üçün pul ödəmək lazım gəlmir. Yox, əgər sizin cibinizdə yüksək məbləğdə pul varsa, onda bu restoranda nahar da edə bilərsiniz. Qarşıdan gələn Avropa Oyunları zamanı buraya baş çəkəcək turistlərin gərək cibləri dolu olsun.

Ətrafda dolaşan şəhər sakinləri ilə söhbətləşməyə çalışdıq. Balaca nəvəsi ilə parkda dolaşmağa çıxan şəhər sakini Adil dayıya “Venesiya su şəhərciyi” ilə bağlı "Bura xoşunuza gəlirmi?" sualını veririk.musavat.comBakıdakı "Venesiya"nın “əl yandıran” qiymətləri… (FOTOLAR)
Bakıdakı "Venesiya"nın “əl yandıran” qiymətləri… (FOTOLAR)

Cavab isə qısa və mənalı olur: "Mənim pensiyam ancaq burada gəzməyə bəs edir, çünki pulsuzdur".
Bakıdakı "Venesiya"nın “əl yandıran” qiymətləri… (FOTOLAR)
Bakıdakı "Venesiya"nın “əl yandıran” qiymətləri… (FOTOLAR)
Bakıdakı "Venesiya"nın “əl yandıran” qiymətləri… (FOTOLAR)
Bakıdakı "Venesiya"nın “əl yandıran” qiymətləri… (FOTOLAR)
Bakıdakı "Venesiya"nın “əl yandıran” qiymətləri… (FOTOLAR)
Bakıdakı "Venesiya"nın “əl yandıran” qiymətləri… (FOTOLAR)