BolgeXeber.Com » Ölkə » Bakıda bədəninə döymə vurduran çağırışçılar psixi xəstəxanaya göndərilir

Bakıda bədəninə döymə vurduran çağırışçılar psixi xəstəxanaya göndərilir

7-05-2015, 17:01
Oxunub: 3 857 Bakıda bədəninə döymə vurduran çağırışçılar psixi xəstəxanaya göndərilirAzərbaycanda hərbi xidmətə çağırış yaşı çatmış gənclərlə bağlı maraqlı fakt ortaya çıxıb

Məlum olub ki, bədəninin müxtəlif nahiyələrində tatuaj etdirən hərbi xidmətə çağırış yaşlı gənclər məhz buna görə Psixiatriya Xəstəxanasında məcburi müayinəyə cəlb olunurlar.

Bu mövzuda araşdırma aparan modern.az saytına çağırışçılarla bağlı bu faktı rəsmi qurumlardan da təsdiqləyiblər.

Rəsmi məlumata əsasən, çağırış zamanı hərbi komissiyanın həkim mütəxəssisi ehtiyac olduğu təqdirdə bədənində tatuajı olan çağırışçını müayinəyə göndərir.

“Həmin müayinənin nəticəsi olaraq da şəxsin hərbi xidmətə yararlı olub-olmadığı müəyyənləşir. Çünki tatuaj (tatu, döymə) bədənə xəsarət yetirməkdir”,-deyə hərbi mənbədən vurğulanıb.

Hərbi mənbədən bildirilib ki, bunun psixoloji tərəfləri çoxdur: “Hətta tatunun altında müxtəlif kəsikləri gizlətmək olur. Elə tatu var ki, insanın kimliyini göstərə bilir. Həmçinin, psixiatrik müayinəyə cəlb edilmək xəstə olmaq demək deyil”.

Psixoloq Elnur Rüstəmov deyib ki, tatuaj etdirən insanların əksərinin müəyyən ruhsal problemləri olur: “Tatunun kökünə baxsaq görərik ki, o, nişandır. Məsələn, əvvəllər həbsxanada olanlar, dəniz quldurları bu işarələrlə bir-birini tanıyıb, informasiya daşıyıcısı kimi tatunun növündən kimin kim, nəçi olduğunu öyrəniblər. Sonralar isə insanlar tatudan seçilmək, fərqli görsənmək üçün istifadə etməyə başladılar.

Məsələ burasındadır ki, bu gün ən çox tatuaj etdirənlər yeniyetmələrdir. Yeniyetmə isə gündə bir fikrə düşə bilər. Kimisi fərqli görsənmək, seçilmək üçün, kimisi isə başqa bir səbəbdən tatuaj etdirirsə, mütləq onların ruhsal narahatlığı var. Bu mənada yaxşı olar ki, həmin şəxslər mütləq müayinədən keçsin”.

Ekspert Azərbaycanda hərbi çağırış zamanı tatuaja xüsusi diqqət yetirildiyini vurğulayıb: “Bəli, Azərbaycan hərbi sistemində hərbi qulluğa çağırış prosesində tatuaja fikir verilir. Hətta hərbi xidmət zamanı da tatuaj etdirən əsgərlər olur ki, onlar da hərbi hissədə xüsusi nəzarətə götürülür. Tatuaj etdirmək şükürlər olsun ki, Azərbaycan Silahlı Qüvvələrində çox az müşahidə edilən haldır, yəni, əvvəlki dinamikada deyil. Ancaq bütün hallarda mən düşünürəm ki, tatuaj etdirənlərin psixolji və psixiatrik müayinədən keçməsi yaxşı olar. Çünki son dövrlər xanımlar arasında da tatuaj etdirənlər çoxalıb. Xüsusilə kustar üsulla edilən tatuajlar yolverilməzdir”.