Şuşanın işğal günü: ANS oynayır, ATV gülür...
8-05-2015, 10:16
Oxunub: 5 056
Bu gün Qarabağın tacı olan və Azərbaycanın simvollarından sayılan Şuşanın erməni-rus silahlı birləşmələri tərəfindən işğal günüdür. Axar.az xəbər verir ki, 1992-ci il mayın 7-dən 8-nə keçən gecə erməni-rus birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyata başlayıb. Şuşa üzərinə hücum əməliyyatının məxfi adını ermənilər "dağlarda toy" adlandırıblar. 11 min erməni əsgərinə cox az sayda Azərbaycanlı müqavimət göstərib. 10 saatdan artıq davam edən döyüşlərdə 1860 azərbaycanlı yaralanıb, 480-i həlak olub, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. May ayının 8-i gecə Şuşaya daxil olmuş erməni qoşun hissələri küçə döyüşləri ola biləcəyindən ehtiyatlanaraq küçələrdə açıq şəkildə hərəkət etməyə cürət etməyib. Nəhayət, bir gün sonra əhalinin şəhəri boşaltdığı üzə çıxıb. Şuşanın işğalı zamanı 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat və s. dağıdılıb. Beləliklə, 23 il əvvəl tariximizə yazılan bu qanlı işğal günündə ölkə tele-kanallarında toy-bayramdır: hazırda ANS-in efirində “Xalqın artisti” toyxana-mağar çal-çağırı, ATV-nin efirində “Gülüş yığması” adlı veriliş davam edir; Lider TV "Klip parad" verilişində "gözəl" musiqilər verir, Xəzər TV-də isə "konsert saatı" efirdədir...
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər