BolgeXeber.Com » Ölkə » Elnarə Abdullayeva 200 min xərcləyib Şamaxıya su çəkdirdi- Fotolar
Elnarə Abdullayeva 200 min xərcləyib Şamaxıya su çəkdirdi- Fotolar
11-05-2015, 10:03
Oxunub: 7 795
Muğam ifaçısı Elnarə Abdullayeva 200 min manat pul xərcləyərək Şamaxının kəndinə çəkdirdiyi 12 bulağın açılışını edib
Qafqazinfo”nun məlumatına görə, açılış mərasimində xanəndə ilə yanaşı Qobustan Rayon İcra nümayəndələri, xalq artisti Alim Qasımov, kənd sakinləri və jurnalistlər iştirak edib.
Təəssüratlarını bölüşən Abdullayeva xoşbəxt olduğunu bildirib:
“Uzun müddətdir ki, bu günü gözləyirdim. Allahın köməkliyi ilə kəndimizə su çəkdirdim. Çox xoşbəxtəm. Əslində, bu haqda heç yerdə açıqlama vermək istəmirdim. Məscid tikdirəndə yaxınlarıma tapşırdım ki, heç yerdə məscid tikdirdiyimi deməsinlər. Bu dəfə qardaşım dedi ki, sənin bu addımın bir dəvətdir. Kimlərsə sənə baxıb belə bir addım ata bilər. Allahdan nə istədimsə, mənə qismət etdi. Allahıma minnətdaram”.
Xalq artisti Alim Qasımov jurnalistlərə açıqlamasında xanəndənin böyük addım atdığını bildirib: “Hər kəs xeyirxah işlər görmək istəyir. Elnarənin atdığı addım böyükdür. Su saflıqdır, təmizlikdir. Kəndə bulaq çəkdirməyi də Allah Elnarəyə qismət edib. Fəxr edirəm ki, həmkarımız belə bir xeyirxah iş görüb. Bu bulaqlar Elnarə bulaqları olaraq tarixə düşsün. Bir daha təbrik edirəm”.
BOLGEXEBER.COM



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər