BolgeXeber.Com » Ölkə » "Bizim Market"lər şəbəkəsi sıradan çıxır

"Bizim Market"lər şəbəkəsi sıradan çıxır

11-05-2015, 11:43
Oxunub: 5 681 "Bizim Market"lər şəbəkəsi sıradan çıxırDevalvasiyaya tab gətirə bilmədi

Paytaxtda ilk fəaliyyətə başlayan marketlər şəbəkəsindən biri də "Bizim Market"dir. Son zamanlar bu ticarət obyektiylə bağlı xoşagəlməz xəbərlər səslənir. Belə ki, sözügedən ticarət obyekti ilk fəaliyyətə başladığı gündəki kimi vətəndaşlara xidmət etmir. Müştəriləri aldatmaqla məşğuldurlar. İşçilərin isə xidməti sıfıra bərabərdir. Xüsusilə Xətai rayonu Köhnə Günəşli qəsəbəsi İnqilab İsmayılov küçəsində yerləşən "Bizim market"də istehlakçıların hüquqları daha çox pozulur.

Bizim marketlər şəbəkəsi içərisində ən böyüyü Köhnə Günəşli qəsəbəsində yerləşir. "Bizim Market"dir. Böyük olmasına baxmayaraq, orada istənilən məhsulu tapmaq mümkün deyil. Xüsusilə də manatın devalvasiyasından sonra vitrinlərdə boşluqlar görülür. Xüsusilə də manatın məzənnəsinin aşağı düşməsindən sonra adını çəkdiyimiz ticarət obyekti məhsulların qiymətində artıma getdi. Bundan sonra isə müştərilərini itirən market başqa bir yola əl ataraq yenidən alıcılar qazanmağa çalışır. Belə ki, mağazanın qarşısında məhsullar əvvəlki qiymətlərlə satılır ifadəsini yazıb yapışdırıblar. Hesab edirlər ki, bu yolla müştəriləri marketə cəlb edə biləcəklər. Lakin bizə verilən məlumata görə müştərilər dəfələrlə bu marketdə gördükləri qanunsuzluqlara görə daha oradan alış-veriş etmirlər. Başqa marketlərə üz tuturlar. Əldə etdiyimiz məlumata görə, vitrində elə məhsullar var ki, onlara qiymət tətbiq etməyiblər. Belə olan halda isə müştərilər məhsulu almaqda çətinlik çəkir. Hətta vitrindəki qiymətlərlə kassada vurulan qiymətlər ziddiyyət təşkil edir. Bu cür qanunsuz hallar artıq mütəmadi olaraq baş verdiyindən "Bizim Market"lər şəbəkəsi artıq çökmək üzrədir. Deyilənə görə manatın devalvasiyasından sonra marketin vəziyyəti heç də yaxşı deyil. marketdən işçilər çıxarılır. Çünki maaş verməkdə çətinlik çəkirlər. Hətta əldə etdiyimiz məlumata görə, "Bizim" Marketlər şəbəkəsinin ortaqlarından biri 3 mağazasını bağlayır.

Belə ki, 2 qardaş arasında yaranan mübahisə nəticəsində, qardaşlardan biri şirkətdə olan payını götürərək ayrıca fəaliyyət göstərməyə başlayıb. 1-ilə yaxındır fəaliyyət göstərdikdən sonra, Devalvasiya və Bazar dalğalanmasına tab gətirmədiyini deyən sahibkar, mağazalarını bağlamaq qərarına gəlib. Məlumatı tədarükçi firmalar yayıb, beləki tədarükçülərə zəng edərək bildiriblər ki mağazada olan mallarını gəlib götürsünlər. Səbəbi soruşulduqda, mağazanın bağlanacağı bildirilib.

Biz də Mağazalarda olduğumuz zaman, vitrinlərin boşaldığını və yerdə qalan məhsulların endirimlə satıldığını gördük.

Bağlanılması gözlənilən ünvanlar aşağıdakılardır:

1. Yasamal ray. Məhəmməd Xiyabani küçəsi.

2. Yeni Yasamal ray. Kənar dairəvi yolu.

3. Nəsimi ray. Rəşid Behbudov küç. (Aqua park)

Onu da qeyd edək ki, hər üç mağaza "Bizim Market" adı altında fəaliyyət göstərsə də, onlardan heç biri marketlər şəbəkəsinə daxil olmayıb, qardaşlar öz bizneslərini ayırsalar da, mağazaların adı eyni qalıb.gundelik-baku