BolgeXeber.Com » Ölkə » Qazaxda əlilin torpağı mənimsənilib: Sosial Müdafiə Fondunun məmurundan ŞİKAYƏT
Qazaxda əlilin torpağı mənimsənilib: Sosial Müdafiə Fondunun məmurundan ŞİKAYƏT
11-05-2015, 16:55
Oxunub: 5 073
Əmək və Əhalinin Sosial Müdafiə Fondunun Qazax şöbəsində çalışan məmur hərbi əlilin torpağını mənimsəyib
BOLGEXEBER.COM bildirir ki,rayonun Ağköynək kənd sakini 2-ci qrup hərbi əlil Tural Mürşüdov Müştab oğlu saytımız vasitəsi ilə prezidentə müraciət edib. Onun sözlərinə görə, müraciətinə heç bir dövlət orqanı baxmır.
Qeyd edir ki, Silahlı Qüvvələrdə bir çox vəzifələrdə, gizir rütbəsində ön xətt bölmələrində xidmət edib. Xəstəliklə əlaqədar təxris olunub. Şikayətçi bildirir ki, ƏƏSMF-in Qazax şöbəsində işləyən Mahmud adlı şəxs Ağköynək bələdiyyəsindən ona ev tikmək üçün verilən torpağı əlindən alıb.T.Mahmudovun sözlərinə görə, əlində bütün qanuni sənədlər var:
Nazirlər Kabinetinin qərarı ilə həmin torpaq Qazax rayonuna məxsusdur. Necə ola bilər ki, Ağstafa sakini olan Mahmud həmin yerə iddia etsin? Heç bir dövlətin qanunlarına riayət etmir. Dəfələrlə də bu barədə Ağstafa polis şöbəsinə müraciət etsəm də, baxmırlar. Mən hər dəfə icra məmurları ilə görüşəndə Mahmud bizi kobudcasına təhqir edir, Ağstafa rayon polis bölməsinin və digər orqanların vəzifəli şəxslərinin qəbulunda olmuşam, heç bir tədbir bu günə qədər görülməyib. Ağstafa torpaq komitəsinin rəisi hər dəfə yoxlama gəldikdə müəyyən bəhanələrlə aradan çıxır.
Komitə rəhbəri Ələkbər müəllim torpağımı zəbt edən Mahmud adlı şəxsi nə səbəbdənsə müdafiə edir. Cənab Preziden, Siz biz sadə vətəndaşlara dayaq olub, kömək etməyinizə baxmayaraq yerli bəzi orqanlar Sizin tələblərə riayət etmirlər”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər