Sumqayıtda 35 saylı məktəbin direktoru bazar açıb
14-05-2015, 11:42
Oxunub: 5 020
Sumqayıtın 35 saylı orta məktəbində pul yığımı davam edir
Artıq təhsil naziri Mikayıl Cabbarovun son bəyanatı da effekt verməyib
Şikayət edən məktəblilərin valideynləri qeyd edirlər ki, 35 saylı məktəb bazara çevrilib. Onların dediyinə görə, əvvəlcə Gül bayramı adı ilə pul yığıldı. Bu kampaniya başa çatmamış, təmir, “Son zəng” hazırlığı, məktəb binasının divarlarının boyadılması üçün də əlavə 10 manatdan tələb edirlər.
Şikayətçilərin Tia.az-a yazdığına görə, il boyunca bu məktəbdə pul yığılması həyata keçirilir. Cana doyan sakinlər bildirirlər ki, artıq direktor əndazəni aşıb. Valideynlər qeyd edirlər ki, Sumqayıt şəhər Təhsil Şöbəsinə müraciət olunub. Amma şöbə müdiri məsələni araşdırmaqda maraqlı görünməyib.
Məlumat üçün bildirək ki, Sumqayıt şəhəri 35 saylı orta məktəb 1988-ci ildə fəaliyyətə başlayıb. Məktəb 1 növbəlir. İngilis dili xarici dil kimi tədris olunur. Məktəbdə 989 nəfər şagird təhsil alır.Onlardan 45-i məcburi köçkün, 10-u şəhid ailəsindəndir. 35 saylı məktəbin müəllimlərinin ümumi sayı 158-dir. Məktəb layihə üzrə 1296 yerlikdir.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər