BolgeXeber.Com » Ölkə » Xələddin İsgəndərovun "Təmiz Binəqədi"sində insanları belə təmizləyirlər
Xələddin İsgəndərovun "Təmiz Binəqədi"sində insanları belə təmizləyirlər
20-05-2015, 11:45
Oxunub: 6 437
Cavabdeh kimdir?
Bakıda Binəqədi rayonunda yanğın oldu. 17 mərtəbəli yaşayış binası birbaşa olaraq məmur səhlənkarlığı səbəbindən yandı və artıq ölənlərin sayı 15-dir. Yaralıların sayı isə 100-ə yaxın. Körpə uşaqlar, yaşlılar, ailələr bir anın içində od tutub yandılar. Analoji hadisə Bakının Xətai rayonunda da olmuşdu. Amma nədənsə Binəqədidə eyni üzlüklə bəzədikləri «Təmiz Binəqədi» binalarından bu üzlükləri çıxarmadılar. Nəticəsizlik cəzasızlıqdan yaranır. Amma bu dəfə sonuclar daha faciəlidir. Hörməti baş prokuror Zakir Qaralov çox konkret olaraq baş vermiş hadisə barədə bunları dedi:
«Bakıda yaşayış binasında baş verən yanğınla bağlı Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Baş Prokurorluq birgə istintaq qrupu yaradıb. Bunu hadisə yerində olan baş prokuror Zakir Qaralov deyib.
Zakir Qaralov bildirib ki, bu sahədə ixtisaslaşdırılmış kadrlar istintaqa, əməliyyat qrupuna cəlb olunub: “Yanğına ilkin səbəb binanın üzlük örtüyünün lazımı keyfiyyətdə olmamasıdır. İcra orqanlarından təhvil-təslim aktları götürülüb. Bu hərəkətə lazımi qiymət veriləcək”».
Əlbəttə ki, bu hadisəylə bağlı hansısa yanğın təhlükəsizliyinə riayət edilməməsi ilə bağlı cinayət işi açılmayacaq. Ortada onlarla ailənin faciəsi var. Yüzlərlə insanın illərlə ömürlərini həsr edib topladıqları evi, ev əşyaları külə dönüb. Günahkar var. Və günhkar heç də bəzi xəbər saytlarının iddia etdiyi kimi yanan üzlük fasadı Azərbaycana gətirənlər olmamalıdır. Bu fasadı alaraq dövlət büdcəsindən milyonlarla manat oğurlayan məmurlar sifarişçidirlər. Hətta bu sifarişçilər «Təmiz Binəqədi» adı altında onlarla, bəlkə də yüzlərlə binanı üzləyiblər. Bu faciənin Binəqədidəki digər binalarda təkrarlanmayacağına isə heç kim zəmanət vermir. Bu binanın üzlənməsini Binəqədi Rayon İcra Hakimiyyəti sifariş verib. Gundeminfo.az-a daxil olan məlumata əsasən sifarişçinin elan etdiyi tenderi udan şirkətin sahibləri ilə Binəqədinin icra başçısı Xaləddin İsgəndərovla qohumluq əlaqələri olan adamlardır.
Hələlik əməkdaşlarımız araşdırmalar aparırlar. Xaləddin İsgəndərovun bu dəqiqələrə qədər baş vermiş olayla bağlı açıqlama verməsini gözləyənlər hələ də yanılırlar. Heç mətbuatda bior cümlə Binəqədidən tənqid yazan kimi çox aqressiv formada reaksiya verən İcra Hakimiyyətinin rəsmiləri də görünmür. Baş prokuror konkret olaraq göstərdiyi hədəfdə bildirir ki, icra hakimiyyətindən təhvil-təslim aktları götürülüb. Zakir Qaralov «bu hərəkətə lazımi qiymət veriləcək» deyəndə hər halda binanı üzləyən tikinti şirkətini yox, elə sifarişçinin də cəzalandırılacağını nəzərdə tutur. Çünki tikinti təhlükəsizliyinə başa çatdırılmış işi təhvil-təslim alan Binəqədi İcra Hakimiyyətidir. Və bütün aktları sonunda icra başçısı Xəladdin İsgəndərovun imzası olur.
Günahkarları istintaq müəyyən edəcək. Amma məsuliyyətsizlik ortadadır. Sonucu isə böyük bir faciə…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər