BolgeXeber.Com » Ölkə » Sabunçu Telefon Qovşağında özbaşınalıq

Sabunçu Telefon Qovşağında özbaşınalıq

22-05-2015, 17:02
Oxunub: 3 352 Sabunçu Telefon Qovşağında özbaşınalıqBakının Sabunçu rayon Telefon Qovşağında özbaşınalıq hökm sürür

Bu idarədə abunəçilərə qarşı açıq şəkildə qanunsuzluğa yol verilir. Dəfələrlə şikayət edilməsinə baxmayaraq, idarə rəisi heç bir ölçü götürməyib.

Tia.az- a şikayət edən rayon sakinlərinin sözlərinə görə, Sabunçu ATS vətəndaşlara hədə dolu mesajlar göndərməkdədir və bunu sanki vətəndaşın günahı kimi təqdim edirlər. Qovşaqdan abunəçilərin mobil telefonuna göndərilən “sms”lərdə qeyd olunur ki, aylıq internet ödənişi edilməsə iki günə xətdən çıxarılacaq.
Halbuki, bu mesajlar ayın bitməsinə azı bir həftə qalmış daxil olur. Şikayətçilər deyirlər ki, mayın 22-də onlara bu şəkildə xəbərdarlıq məktubu gəlib və bildirilib ki, 2 gün ərzində aylıq ödəniş edilməsə xətdən çıxarılacaq.
Mayın bitməsinə isə 9 gün qalır. Bu halda abunəçiyə hədə-qorxu üslubunda mesaj göndərmək ATS adına qanunları tapdalamaqdır. Sakinlər bildirirlər ki, Sabunçu Telefon Qovşağının rəisi tezliklə bu məsələyə son qoymasa, nazirliyə şikayət olunacaq.
Onu da əlavə edirlər ki, əvvəllər aylıq ödənişlər “MilliÖn” ödəmə aparatı vasitəsi ilə mümkün idi və abunəçilər üçün çox rahat, sadələşdirilmiş sistem yaradılmışdı. Amma “Bakİnternet” bu aparatdan ləğv olunub deyə ATS-ə gedib ödəniş etmək lazımdır.
BOLGEXEBER.COM