BolgeXeber.Com » Ölkə » Hacı İbrahim borcuna görə «Rolls Royce», «Bentley» avtomobillərini dəyər-dəyməzinə satır– FOTO
Hacı İbrahim borcuna görə «Rolls Royce», «Bentley» avtomobillərini dəyər-dəyməzinə satır– FOTO
23-05-2015, 14:15
Oxunub: 24 507
Nehrəmli oliqarx milyonluq avtomobilini satışa qoydu
Hacı İbrahim «Rolls Royce», «Bentley» və digər avtomobillərini dəyər-dəyməzinə satır
Son günlər başı üzərində «qara buludlar dolaşan» tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin Beynəlxalq Bankdan götürdüyü milyonlarla manatı qısa müddətdə geri qaytarmaq öhdəliyi barədə məlumatlar yayılıb. Avtosfer.az-ın məlumatına görə, Hacı İbrahim bu məqsədlə rəhbəri olduğu «Avesta» şirkəti ilə yanaşı, bir çox əmlkanı da satışa qoyub. Dünən Hacı İbrahimin özünün idarə etdiyi «Bentley» markalı avtomobilin Bakıdakı «Bentley» servisdə satışa qoyulduğunu görənlər olub. Əldə etdiyimiz məlumata görə, Hacı İbrahimin qarajında müxtəlif modeldən olan təxminən 10 lüks avtomobil var ki, onların hamısı satışa çıxarılıb. Həmin avtomobillər arasında son model «Rolls Royce-Phantom» (1 milyon dollar), «Range Rover» (180 min), «Nissan Patrool» və digər model maşınlar da mövcuddur.
Qeyd edək ki, «Bentley» markalı avtomobilin dəyəri 250 mindən bahadır. Hacı İbrahimin idarə etdiyi «Bentley» sifarişlə gətirildiyi üçün bir qədər baha qiymətə başa gəlib; təxminən 300 min dollara.
BOLGEXEBER.COM




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər