BolgeXeber.Com » Ölkə » Ucarlı kasıb korun Prezidentə müraciəti-FOTO

Ucarlı kasıb korun Prezidentə müraciəti-FOTO

25-05-2015, 10:01
Oxunub: 3 978 Ucarlı kasıb korun Prezidentə müraciəti-FOTOSosial Müdafiə Mərkəzinin müdiri Elxan Rəhimov kor vətəndaşa : "Dilənçilərin müdafiə mərkəzi deyil bu idarə""Dilənçilərin müdafiə mərkəzi deyil bu idarə"

BOLGEXEBER.COM-un elektron ünvanına Ucar rayon Qazian kənd sakini 1 -ci qrup gözdən əlil Qədirov Rafiq İsrail oğlu tərəfindən məktub daxil olub. Vətəndaş ünvanladığı məktubda ölkə başçısına və nazir Səlim Müslümova müraciət edir. Gözdən əlil vətəndaş Ucar rayon Sosial Müdafiə Mərkəzinin müdiri Elxan Rəhimov şikayət edir. Həmin müraciəti olduğu kimi təqdim edirik.
“Mən Qədirov Rafiq İsrayıl oğlu Ucar rayon Qazian kənd sakini 1 ci qrup gözdən əlil vətəndaş kimi mətbuatla ölkə prezidenti İlham Əliyevə, nazir Səlim Müslümova müraciət edərək onlardan xaiş edirəm ki, iki gözüdə tamam kor olan bir insanın səsin eşitsinlər.
Neçə illərdir ki aldığım zədədən gözlərim görmə qabiliyyətini tamam itirmişdir və uzun illərdirki dünya işığına kor baxıram. Mən kasıb və sosial problemlər içində dərlərimlə mübarizə aparan bir insanam . İki övladım vardı biri kasıblıqdan müalicəsi düzgün aparılmadığı üçün vəfat etdi . Neçə müddətdir ki mən Ucar rayon Sosial Müdafiə Mərkəzinə gedirəm və o idarənin müdiri Elxan Rəhimovun qəbuluna düşmək Səlim Müslümovun qəbuluna düşməkdən çətindir. Bir ay dayanmadan o idarəyə dəfələrlə getdikdən sonra axırı Elxan müəllim məni qəbul etdi və ondan xahiş etdim ki, mənə Baki Şəhərində Korlar Cəmiyyətində deyiblər ki, gözdən əlillərə yardım verilməsi üçün sənədlər hazırlayıb təqdim etməliyəm xahiş edirəm mənə həmin sənədləri hazırlamaqda idarəniz köməklik etsin . Cavabında isə Elxan müəllim bildirdi ki, sənə lazımdısa mən beş manat çaypulu verim get evinə, mənim işim gücüm var boş-boş şeydən ötrü məni narahat etmə . Dilənçilərin müdafiə mərkəzi deyil bu idarə.
Elxan Rəhimov Ucar Sosial Müdafiə Mərkəzinə gəldikdə sonra aldığım sosial yardım azaldıldı . Bundan əlavə mən birinci qrup əlil olduğum üçün mənə baxılması üçün qəyyumun və himayəçinin təyin edilməsi üçün müayinə aktının tərtib edilməsi üçün müraciətimi isə Elxan Rəhimov cavabsız qoymuşdur.

Birinci qrup əlil, iki gözü görməyən sosial problemlər içində boğulan kasıb vətəndaş kimi ölkə rəhbəri İlham Əliyev sizdən xaiş edirəm ki Ucar rayonu Sosial Müdafiə Mərkəzinə təyin edilmiş Elxan Rəhimov haqda ciddi tədbir görəsiniz o insanın işi gücü o idarədə mənim kimiləri ələ salmaqla məşğul olmaqdır. Azaldılmış sosial yardımım yenidən əvvəl neçə manat alırdımsa bərpa edilsin , Mənə baxılması üçün qəyyumluğun müayinə aktı tərdib edilməsinə yardım edilsin, Və Gözdən Əlillər Cəmiyyətindən müəyyən yardım almağım üçün sənədlərin hazırlanmasında mənə köməklik edilsin”.
BOLGEXEBER.COM
Ucarlı kasıb korun Prezidentə müraciəti-FOTO