BolgeXeber.Com » Ölkə » Nizami Piriyev "Bandotdel"dən bəyanat verdi: Məni hər gün döyürlər...

Nizami Piriyev "Bandotdel"dən bəyanat verdi: Məni hər gün döyürlər...

25-05-2015, 16:37
Oxunub: 8 074 Nizami Piriyev "Bandotdel"dən bəyanat verdi: Məni hər gün döyürlər...“Artıq bir neçə gündür ki, mən döyülürəm və qeyri-insani rəftarla üz-üzəyəm.”

Həbsdəki oliqarx Nizami Piriyevin virtualaz.org saytının redaksiyasına göndərdiyi bəyanatda belə deyilir.
Yaranmış bu vəziyyəti virtualaz.org saytına şərh edən vəkil Muxtar Mustafayev qeyd edib ki, o, artıq Azərbaycanın baş prokuroruna təcili şəkildə müraciət edib.
M.Mustafayev deyib ki, ona müvəkkili ilə görüşməyi qadağan edirlər. Bununla belə vəkil də oliqarx N.Piriyevin üzləşdiyi qeyri-insani rəftar barədə məlumatlı olduğunu bildirib.
Xatırladaq ki, oliqarx Nizami Piriyev bir müddət əvvəl saxlanılıb və onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Nizami Piriyev “PNN Group” şirkətinin sahibidir. Onun oğlu Nəsib Piriyev isə həmtəsisçilərindən biridir.
“PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesi sahəsində ixtisaslaşan və metanol istehsalı ilə məşğul olan “AzMeCo” şirkətidir.
Bundan əlavə “PNN” şirkəti Azərbaycan və Ukraynada öz mağazalarını açmış “De Beers и Hamley's” şirkətlərinin tərəfdaşıdır. “PNN Group” KFC qəlyanaltıxana şəbəkəsini də inkişaf etdirir.
Şirkət öz maliyyə göstəricilərini açıqlamır. Amma onun aktivləri 650 milyon dollar həcmində qiymətləndirilir.
BOLGEXEBER.COM