Fazil Məmmədovun şirkəti yanmaz üzlüklər istehsal edəcək
26-05-2015, 11:09
Oxunub: 5 982
Synergy Group”un şirkəti olan “Azerbaican Fibro Cement” MMC Sumqayıt Kimya Sənaye Parkının ərazisində müasir texnologiya ilə müxtəlif rənglərdə və çeşiddə fibro-sement (lifli sement) lövhələrin istehsalını həyata keçirəcək
Layihə çərçivəsində ildə 6 milyon kvadratmetr fasad üçün düz lövhələr və dam örtükləri istehsal edən zavod inşa ediləcək.
“Synergy Group” ASC-nin biznesin inkişaf üzrə meneceri Əvəz Quliyev bildirib ki, fibro-sement yanmazdır və yüksək temperaturda deformasiyaya uğramır: “Soruşa bilərsiz, nə üçün fibro-sement” Fibro-sement lövhələr insan sağlamlığına və ətraf mühitə zərəri olmayan, su və nəmişlik keçirməyən, dayanıqlı, uzunömürlü, yanğına qarşı müqavimətli, yüngül, dekorativ, istilik və səs izolyasiyası xüsusiyyətinə malik tikinti materialıdır. Fibro- sement yanmazdır və yüksək temperaturda deformasiyaya uğramır. Avropa standartları yanmazlığa görə fibro- sementi A1 sinfinə aid edir. Bəzi hallarda fibro-sementlə hətta qızdırıcı sobaları da üzləyirlər”.
Qeyd edək ki, “Synergy Group” şirkətinin vergilər naziri Fazil Məmmədova məxsus olduğu deyilir.(azpolitika.info)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər