«Akkord»da özbaşınalıq: Vətəndaşlara külli miqdarda zərər vurulub
27-05-2015, 15:22
Oxunub: 5 229
Şirkət rəhbərliyinin evlərə verilən elektrik xətlərini xəbərdarlıqsız kəsməsi tapşırığı sakinlərin ərzaq məhsullarının xarab olmasına səbəb olub, bəzi vətandaşların isə kommunal borca görə mənzillərinin açarlarının dəyişdirildiyinə dair məlumatlar var
Azərbaycanın ən iri korporasiyalarından biri olan «Akkord» şirkətində biabırçı hadisələr yaşanır. Jam.az xəbər verir ki, özbaşınalığın pik həddə olduğu şirkət vətəndaşlara divan tutmağa başlayıb.
Belə ki, şirkətin Bakıxanov qəsəbəsində inşa etdiyi «Uğur-2» yaşayış kompleksində vətəndaşlar artıq evlərindən çıxmağa qorxurlar. Çünki «Akkord» rəhbərliyinin təlimatı əsasında kommunal borcu olan mənzillərin elektrik xətləri kəsilir. Və bu cəzalandırma sistemi olaraq nəzərdə tutulur.
Verilən məlumatda qeyd olunur ki, prosesi «Akkord»un Kommunal Borclar Departamenti həyata keçirir. Xüsusi siyahı əsasında binalara daxil olan departament işçiləri vətəndaşlara heç bir xəbərdarlıq etmədən onların elektrik xətlərini kəsirlər. Nəticədə, mənzillərdə mövcud olan soyuducular və digər məişət əşyalarında problem yaşanır. Daha doğrusu, soyuduculardakı ərzaq məhsulları havaların isti keçdiyi bir vaxtda xarab olurlar. Artıq «Uğur-2» yaşayış kompleksində ondan artıq insana bu şəkildə zərər dəyib.
Departamentin rəhbəri Şakir adlı şəxslə əlaqə saxlamaq cəhdlərimiz isə hələlik alınmayıb. Gün ərzində onun mobil və iş nömrələrinə etdiyimiz zənglərə cavab verən olmayıb.
Onu da bildirək ki, «Akkord»un bu hərəkəti vətəndaşların mənzillərinə külli miqdarda zərər vurub. Belə ki, soyuducuların işləməməsi səbəbindən xarab olan ərzaq məhsulları, xüsusən də ət və ət məhsullarının yaratdığı dəhşətli qoxu evlərdə yaşayışı mümkünsüzə çevirir. Amma işin ən maraqlı tərəflərindən biri də odur ki, «Akkord» rəhbərliyi satdığı mənzil sahiblərini təkcə elektrik xətlərini kəsməklə cəzalandırmır. Artıq bəzi vətəndaşların mənzillərinin kilidlərini də sahiblərindən xəbərsiz şəkildə dəyişdirildiyinə dair məlumatlar var.
Qeyd edək ki, heç bir şirkətin borca görə, başqa dövlət qurumlarının yerinə mənzillərə verilən elektrik, su və qaz xətlərini kəsmək hüququ yoxdur. Qanuna əsasən mənzillərin su, qaz və ya elektriki yalnız bu işlərə məsul olan qurumların nümayəndələri tərəfindən kəsilə bilər. Şirkətlər isə vətəndaşla məsələni hüquqi müstəvidə, yəni məhkəmə yolu ilə həll edə bilərlər.
P.S. Bu əsnada Akkordun yaratdığı komendat sisteminin korrupsiya mənbəyi olduğuna dair də iddialar var. Bununla bağlı araşdırmalarımız davam edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər