İcra başçısı Beyləqanda vəzifə satır?
28-05-2015, 10:56
Oxunub: 5 013
Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev İH-nin Beyləqan şəhər üzrə nümayəndəliyinin başçısı postuna namizəd axtarır
Bu barədə Beyləqandan Gunxeber.com-a verilən məlumata görə, V.Abdullayev bir müddətdir ki, Azil Aslanovu bu vəzifədən azad edib. Hazırda A.Aslanovun bu postu müvəqqəti icra etdiyi bildirilir. Məlumatda o da qeyd olunur ki, V.Abdullayev yaxın ətrafına bildirib ki, bu postun ilkin qiyməti 30 min manatdır. Kim bu məbləği versə, Beyləqan meri postu ona həvalə olunacaq. Yerli məmurlar icra başçısının bu məbləği artıracağını istisna etmirlər. Çünki V.Abdullayev son illərdə rayonda böyük maxinasiyaları A.Aslanovun əli ilə Beyləqan şəhərinin abadlaşdırılması, su, kanalizasiya xətlərinin yenilənməsi, küçələrin asfatlanması adı altında həyata keçirib. Buna görə də, rayonda bu postda gözü olan şəxslər İH-nin Beyləqan şəhəri üzrə nümayəndəliyinin başçısı vəzifəsinin yağlı tikə olduğunu yaxşı bilirlər. Odur ki, V.Abdullayevin tezliklə bu posta adam tapacağı istisna deyil.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər